Modern.az

İstanbul Universitetində “Hüseyn Cavidin əsərləri”nin təqdimatı oldu

İstanbul Universitetində “Hüseyn Cavidin əsərləri”nin təqdimatı oldu

Ədəbiyyat

24 Mart 2014, 21:30

 Kitabın ön sözünün müəllifi Azər Turanın  verdiyi məlumata görə, təqdimat mərasimində Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru  Sona Vəliyeva, Azərbaycanın Türkiyədəki Konsulu Həsən Zeynalov, xalq şairi Sabir Rüstəmxanlı, Cavidşünas Kamran Əliyev, universitetin müəllimləri və başqaları iştirak edib.

Çıxış edənlər kitabın Türkiyədə çap olunmasının əhəmiyyətindən, Türk dünyasında Hüseyn Cavid irsinə olan sevgidən söz açıblar.

Qeyd edək ki, “Hüseyn Cavidin əsərləri” Türkiyədə ötən ilin iyulunda nəşr olunub. 

Kitabının nəşr olunma ideyası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova məxsusdur. /apa.az/

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi