Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ötən gecə dünyasını dəyişən xalq yazıçısı İsa Hüseynovla bağlı fikirlərini bölüşüb. Modern.az saytı AYB-nin mətbuat xidmətinə istinadən Anarın fikirlərini təqdim edir:
“İsa Hüseynovun vəfatı ədəbiyyatımız üçün çox böyük itkidir... Şəxsən mənim üçün çox böyük itkidir... Mən İsanı bizim ədəbiyyatda Mirzə Cəlillə bərabər öz ustadım sayırdım. O, Azərbaycanda yeni nəsrin yaradıcılarından və öncüllərindən biri idi. Hər kəsin örnək saydığı bir yazıçı idi. İnsan kimi də son dərəcə nəcib, saf və gözütox bir insan idi. Onun xatirəsi mənim üçün hər zaman əziz olacaq. Mən İsanın yaradıcılığı haqqında bir neçə iri məqalə yazmışam. Bu kədərli gündə isə qısa da olsa öz hisslərimizi bildirməyə ehtiyac duyuram”.
Elmin Nuri