Modern.az

Azərbaycan nəşriyyatları xaricdəki kitab yarmarkalarında iştirak edə bilirmi? - SORĞU

Azərbaycan nəşriyyatları xaricdəki kitab yarmarkalarında iştirak edə bilirmi? - SORĞU

16 May 2014, 15:55


Ötən həftə iki qonşu dövlətdə – Əskişəhər (Türkiyə) və Tehranda (İran) böyük kitab yarmarkaları keçirildi. Azərbaycandan fəaliyyət göstərən nəşriyyatlar bu yarmarkalarda iştirak etdimi? Ümumiyyətlə, nəşriyyatlarımız xarici kitab bazarı ilə əlaqəli fəaliyyət göstərə bilirmi? Modern.az bu mövzuda sorğu keçirib. 

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bu məsələnin elə də asan olmadığını bildirib. “Xaricdə keçirilən kitab yarmarkalarında Azərbaycanın hər hansı nəşriyyatının iştirakı çox çətin məsələdir. Çünki yarmarka hansı ölkədə keçirilirsə, əsas güc də həmin ölkənin nəşriyyatlarına verilir. Digər yerlərdən, o cümlədən Azərbaycandan ancaq qonaq kimi dəvət edirlər. Bu baxımından nə bizim, nə də başqa nəşriyyatın  xarici kitab yarmarkalarında iştirakı o qədər də asan alınmır. Başqa bir məqam isə beynəlxalq yarmarkalara dövlət dəstəyi ilə gedilməsidir ki, onda da Mədəniyyət və Turizm Nazirliyi stendi alır və istədiyi kitabı orada nümayiş etdirir. Amma fərdi olaraq şəxsən mən Londonda, Frankfurtda, İstanbulda kitab yarmarkalarında “Qanun”u təmsil etmişəm.”

“Hədəf” nəşriyyatının baş redaktoru  Müşfiq Xan isə xarici kitab yarmarkalarında iştirak etmək üçün hər zaman hazır olduqlarını vurğulayıb: “Bizim nəşriyyat xarici kitab yarmarkalarında həm öz vəsaiti, həm də dövlət dəstəyi ilə bir neçə dəfə olub. Məsələn, biz elə bu yaxınlarda Londonda keçirilən kitab sərgisində iştirak etmişik. Ondan sonra isə İstanbulda da təmsil olunduq”.

“Zero” Nəşrlər Evinin baş redaktoru Rüfət Əhmədzadə nəşriyyatının hələ gənc olduğundan xarici sərgi-yarmarkalarda iştirak etmədiyini qeyd edib: “Bir ildir ki, nəşriyyatımız yaranıb və mən də baş redaktor vəzifəsinə yaxın günlərdə keçmişəm. Bildiyimə görə, xarici sərgilərdə təmsil olunmamışıq. Lakin belə fikrimiz və hədəflərimiz var”.  

Əsasən dini məzmunda və hikmət mövzularında  kitab çap edən “Xəzər” nəşriyyatının təmsilçisi Firdovsi Səfərov isə xaricdə o qədər də çox iştirak etmədiyini qeyd edib: “Daha çox Türkiyədə iştirak etmişik. Oradakı yarmarka və sərgilərdə məhsullarımıza böyük maraq olub. Ayrı ölkədə isə təəssüf ki, olmamışıq”.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi