Modern.az

Xalq şairi Söhrab Tahir: “Baş nazirin müavini məni tapşırıb...”

Xalq şairi Söhrab Tahir: “Baş nazirin müavini məni tapşırıb...”

5 İyun 2014, 12:41


Modern.az
saytına açıqlamasında 88 yaşlı xalq şairi Söhrab Tahir sıhhətinin yaxşılaşdığını deyib. Şəkərli diabetdən əziyyət çəkən və uzun müddətdir ki, ev şəraitindən kənara çıxa bilməyən xalq şairi səhhəti barəsində nikbin danışıb:

“İndi yaxşıyam. Hərdənbir küçəyə çıxıb gəzirəm də. Sağ olsunlar maraqlanırlar. Baş nazirin müavini Elçin mənə deyib ki, müalicən üçün hər şey etməyə hazırıq. Müavininə də tapşırdı ki, Söhrab Tahir nə zaman müraciət etsə, həmən xəbər edirsən.  Ancaq mən özüm qayğıdan qaçan adamam. İstəmirəm ki, kimisə narahat edim”.

Qocaman xalq şairi AYB- in qarşıdan gələn qurultayında da iştirakı barədə danışdı:

“Qurultay günü mütləq gedib iştirak edəcəyəm. Gənc Tamaşaçılar teatrını da yaxşı tanıyıram. Anarın 70 illiyini də orada keçirmişdik”.

Elmin Nuri

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi