Modern.az

Yazıçılar Birliyindən Çingiz Hüseynovun istefasına RƏSMİ MÜNASİBƏT

Yazıçılar Birliyindən Çingiz Hüseynovun istefasına RƏSMİ MÜNASİBƏT

19 İyun 2014, 14:14

Ötən gün Azərbaycanın MDB məkanında ən tanınmış yazarlarından olan Çingiz Hüseynov Azərbaycan Yazıçılar Birliyindən istefa verib. Yazıçı səbəb kimi birliyin XII qurultayına nə nümayəndə, nə də qonaq kimi çağırılmadığını bildirib.

Qocaman yazıçının istefasına AYB öz rəsmi münasibətini bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza Modern.az-a həmin rəsmi münasibəti açıqlayıb:

“Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq və oradan istefa vermək  tamamən könüllüdür. Bu insanların daxili istəyindən asılıdır. Çingiz Hüseynov kimi bir yazıçının AYB-dən istefa verməsinə təbii ki, təəssüf edirik. Onun qurultaya çağırılmaması ilə bağlı dediyi irada cavab olaraq bildiririk ki, Yazıçılar Birliyinin Moskva bölməsi oradan gələn qonaqları müəyyən edir.”

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi