Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Yay” adlı şeiri oxucuların ixtiyarına veririk.
Yay
(Лето)
Tanrım ömür versin
yüz il yaşayaq,
Çox azdır,
anlamsızdır,
otuzaltıca min gün
Hey sərasər yaşamaq.
Onda nə arzulayaq? –
Günlər ötüşsün qıvraq...
Günü-günə calasaq,
Yetişməz ötən günə,
Sabah heç lazım deyil
Yazılmasın ömrümə...
Bahar cansıxıcıdır
Qış bizə yad, biganə...
Yaysa təkdir,
Lap isti, qızmar olsun
Ruhuma qanad olsun...
O sanki bir mələkdir
Fəsillərin içində...
Sonra soyuq düşəcək,
Payız qonaq gələcək;
Dərd öz ağırlığıyla
Qəzəbə tuş gələcək...
Gəl sabahı ötüşək,
Bəlkə günü il edək?
Axı günaha batıb
İslanaraq, çimərək
Buludun tellərində
Olub yağışa yedək...
O da əbədi deyil
Yağmur kəsib,
ötəcək...
Yox, bir azca gözləyək,
Çox yox
Cəmi bir həftə.
Yeddi günün sonunda
Gün güləcək üfüqdə.
O da müvəqqətidir,
Sonra atıb gedəcək.
Deyirlər ki, bir daha
Yazda geri dönəcək.
Baharı kim sevmir ki? –
Hamıya əzizdir o.
Qoy mart olsun həmişə
Ruhuma yaxındır o.
İyirmi doqquz gün sürən
Fevralısa sevmirəm.
İyirmi doqquz nədir ki? –
Ötəcəkdir gizlicə...
Yaya ümidlər böyük
Dözmək olar hər dərdə.
Gözləməyəsə dəyər
Yay üfüqdən boylanır,
Əl yellədir gizlicə...
Ruscadan çevirəni: Mahir Qabiloğlu