Modern.az

“2 mindən çox abunəçimiz var” - “Lənkəran” qəzetinin baş redaktoru

“2 mindən çox abunəçimiz var” - “Lənkəran” qəzetinin baş redaktoru

Ədəbi̇yyat

30 Avqust 2014, 11:30

Modern.az saytının “Bölgə mətbuatı” adlı rubrikasında bu dəfə Lənkəran şəhərində fəaliyyət göstərən  “Lənkəran” qəzetini təqdim edirik. Baş redaktor İltifat Əhmədov qəzetin fəaliyyəti ilə bağlı danışıb.

“Lənkəran şəhər İcra Hakimiyyəti başçısı aparatının həmtəsisçi olduğu “Lənkəran” ictimai-siyasi qəzeti 1931-ci il yanvar ayının 21-dən nəşr olunur. “Sıə Tolış” (“Qızıl Talış”) adı ilə nəşrə başlayan qəzet müxtəlif illərdə “Sosialist subtropikası”, “Leninçi (qəzet)”, 1990-cı il sentyabrın 22-dən isə “Lənkəran” adı ilə fəaliyyət göstərir.

Qəzet hazırda A3 formatında 8 səhifə çap olunur. İndi abunəçilərin sayı 2751 nəfərdir”.

“Ləkəran” qəzeti ayda 2 dəfə çap edilir və abunəçilərə operativ qaydada çatdırılır.

“Əməkdaşlarımızın rayonun idarə, müəssisə və təşkilatları ilə əməkdaşlığı sahəsində heç bir çətinlik yoxdur. Əhali qəzeti maraqla qarşılayır. Redaksiyanın poçtuna hər həftə çoxlu oxucu məktubu daxil olur. Onların yazıları “Oxucu gözü, oxucu sözü” rubrikası altında ayrıca səhifədə hər ay işıq üzü görür.

Fəaliyyətimiz dövründə qəzetin hər hansı bir qurumla heç bir problemi olmayıb, məhkəmə prosesinə cəlb olunmayıb”-deyə baş redaktor bildirib.

Satış qiyməti 50 qəpik olan qəzetin 10 nəfər əməkdaşı var.



Məltəm Talıbzadə

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü