Modern.az

2 azərbaycanlı jurnalist “Drujba narodov” jurnalını “zəbt etdi”

2 azərbaycanlı jurnalist “Drujba narodov” jurnalını “zəbt etdi”

Ədəbiyyat

15 Sentyabr 2014, 12:43

“Drujba narodov” jurnalı növbəti 8-ci sayında “Azərbaycan ənənəsi”nə yenidən sadiq qalıb. Modern.az-ın məlumatına görə, tanınmış Rusiya ədəbi nəşrində yazıçı-publisist Emil Ağayev və “Turan” informasiya agentliyinin şərhçisi, politoloq Toğrul Cuvarlının “Meydandan Maydanədək” adlı söhbəti dərc edilib. Yazıda son dövrdə keçmiş postsovet məkanında, o cümlədən Ukraynada baş verən proseslər, habelə Azərbaycanın bu məsələdə sərgilədiyə rəsmi mövqe ətrafında fikir mübadiləsi aparılır.

Qeyd edək ki, “Dostla söhbət” rubrikasının aparıcısı E. Ağayev bir vaxtlar Azərbaycanda “Literaturnaya qazeta” və “Novosti” agentliklərini təmsil edib. AZərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi