Modern.az

Yazıçılar Birliyinin Poliklinikasından yazarlar necə istifadə edirlər?

Yazıçılar Birliyinin Poliklinikasından yazarlar necə istifadə edirlər?

22 Oktyabr 2014, 14:06

Azərbaycan Yazıçılar Birliyinin tərkibinə regionlardakı filiallardan başqa, Bədii tərcümə və ədəbi əlaqələr mərkəzi ilə yanaşı, Şüvəlandakı Yaradıcılıq evi və yazıçılar üçün nəzərdə tutulan poliklinika da daxildir. Şüvəlandakı Yaradıcılıq evi sovet vaxtında yaradıcı insanların istirahəti üçün əlverişli rol oynasa da, sonradan müəyyən səbəblərdən bu funksiyanı sonadək daşıya bilmədi. Bina hazırda o qədər də yararlı vəziyyətdə deyil.

Yazıçılar Birliyinin poliklinikasına gəldikdə isə obyekt bu gün də fəaliyyət göstərir. AYB-in mətbuat xidmətinin rəhbəri Xəyal Rza Modern.az-a verdiyi açıqlamada xəstəxananın gündəlik fəaliyyət göstərdiyini vurğulayıb:
“Polikilinika gündəlik fəaliyyətdədir, təkcə AYB əməkdaşları,  yəni işçilər deyil, eyni zamanda AYB üzvləri də poliklinikanın imkanlarından mütəmadi olaraq istifadə edirlər”.

Elmin NURİ 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI