Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi qeyri-rezidentlərin Azərbaycanda yaşayan xarici vətəndaşların Azərbaycan dilinin mənimsənilməsi məqsədilə dil kursları təşkil edir. Modern.az Mərkəzə istinadən xəbər verir ki, kursun aidiyyatlı qrupu qismində xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliklərində çalışan vətəndaşları, müxtəlif xarici qurumların Azərbaycanda fəaliyyət göstərən nümayəndələri, xarici şirkətlərin rəhbərləri və əməkdaşları, eləcə də Azərbaycan dilini öyrənmək həvəsində olan digər əcnəbi əsilli şəxslər nəzərdə tutulur. 5 ay müddətində davam edən kursların aylıq ödənişi 100 manatdır.
Elmin NURİ