Arqonavtlar qurbanlıq qızıl dərili qoç əhvalatından nə qədər sonra Qafqaza səyahət etmişdilər? Aşağı-yuxarı qırx il sonra. Çünki körpə Friksin yetkinlik yaşına çatması, Qafqaz hökmdarının onu öz qızı ilə evləndirməsi və onun uşaqlarının yetkinlik yaşına çatmasıüçün haradasa qırx ilə qədər vaxt gərək ola bilərdi. Demək, təbii ki şumerlər nəinki həzrət İbrahimin dəözlərindən olduğunu unutmamışdılar, hətta onu diri görən şahidlərin bir hissəsi də hələ həyatda olmalı idi..Ona görə də yevreyoğullarıüçün o peyğəmbəri türklərin yanında özlərindən hesab etmək məqsədəuyğun deyildi. Başqa sözlə, müqəddəsliyi türklərdən “oğurlamaq” istəyirdilərsə bunu türklərdən gizli etməli idilər. Məhz bu səbəbdəndir ki, əfsanəni düzüb qoşanlar səyahətin yarısında Heraklı “Arqo”dan “düşürürlər”, çünki əfsanə vahid yunan xalqının formalaşmasından min illərləəvvəlin əfsanəsi olduğu üçün gözəl bilirdilər ki, Herakl şimaldan gələnlərin, yəni türklərin simvoludur. Onu “Arqo”dan düşürmək həm birbaşa, həm də rəmzi mənada türk millətini müqəddəslik ardınca gedən gəmidən düşürmək deməkdir. Herakl gəmidən guya göylərin əmri ilə düşürülür, səbəb də bu olur ki, guya Herakl hələəfsanəvi qəhrəmanlıqlarını göstərməlidir. Amma onun gəmiyə qayıtmadığını görən bir arqonavt görün Yasona nə deyir?
Yox, hadisənin özünü danışım, baxaq görək nə məsələdir, yoxsa Yasona deyilənlər aydın olmaz.
Əfsanədəki yeddinci hekayədir bu. Demək, arqonavtlar bir sahilə yaxınlaşırlar ki, gəmiyə su və yemək ehtiyatı götürsünlər. Gəmi avarla və yelkənlə hərəkətə gətirilən gəmi idi təbii ki. Heraklın avarı sındığıüçün yaxındakı meşəyə gedir ki, avar düzəltmək üçün lazımi ağac tapsın. Ağacı tapıb sahilə qayıdanda dostu Polifem deyir ki, bir müddət əvvəl itmiş gəncin səsini eşitdim, haradasa buralardadı, gedək onu axtaraq. Gedirlər yenidən meşəyə onu axtarmağa, amma nə qədər axtarırlar tapa bilmirlər. Sübhün alatoranlığında isə Yasonun əmri ilə gəmi onlarsız sahildən uzaqlaşır. Arqonavtlar yalnız hava işıqlaşanda görürlər ki, Heraklla Polifem gəmidə yoxdur.
Qəribə deyilmi?!
Yaxşı, deyək ki gəmi sahildən aralananda qaranlıq olduğu üçün onların gəmidə yoxluğunu hiss etməyiblər. Hərçənd heç cür ağlasığan fikir deyil, hər şeydən başqa ona görə ki, gəmidəkilərin ən məşhuru Herakl idi, hətta bu adam o qədər məşhur idi ki, səyahətə bütün arqonavtları Yasonun yığmasına baxmayaraq əvvəlcə hamı Yasonun yox, məhz onun gəmi kapitanı olmasını istəmişdi. Belə birisinin yoxluğu gəmidə qaranlıqda da nəzərəçarpmalıydı dərhal. Nə isə, babalı Yasonun boynuna, sonrasına baxaq. Hamı həyəcanlanır, amma Yason başınıəlləri arasına alıb bərk fikrə gedir. Bax bu zaman Heraklın sadiq dostu Teloman ondan şübhələnir. Niyə? Çünki bu zaman Yasonun ən ağlabatan hərəkəti gəmini geri döndərmək, Heraklla Polifemi gəmiyə götürmək olmalıydı. Əlbəttə, bu əgər irəlicədən düşünülmüş hərəkət deyildisə. Məntiq belə deyir. O isə oturub fikirləşirdi. Burada fikirləşməli nə var ki? Əmr et, gəmi geri dönsün, vəssalam. Ona görə də Teloman onu möhkəmcə qınayır: ”Bircə sən belə sakit oturmusan,-deyir,- Sən artıq sevinə bilərsən. Herakl aramızda yoxdur, demək sənin şöhrətinə heç nə kölgə sala bilməyəcək. Yox, əgər siz geri dönməsəniz və Heraklla Polifemi axtarmasanız mən sizinlə getməyəcəyəm.” Teloman belə deyir və istəyir gəmini geri döndərsin. Heç cür onu sakitləşdirə bilmirlər, elə hirslənibmiş ki, heç kimi eşitmirmiş. Bütün başqa arqonavtların onu sakitləşdirmək istəməsini, yəni demək heç kimin geri qayıtmaq istəməməsini görüb daha da təəccüblənir, bu səfər bütün gəmidəkiləri təqsirləndirir ki, bilərəkdən Heraklla Polifemi sahildə buraxmısınız. Elə bu zaman guya dənizdən dəniz tanrısının başı görünür və o əli ilə gəmini saxlayıb deyir ki, Heraklla Polifem Zevsin əmri ilə sahildə qalıblar. Yəni geri dönməyin və yolunuza davam edin. Teloman da yalnız bu zaman sakitləşir və Yasonla barışır. Sakitləşməyib nə edəcəkdi ki? Hamıya qarşı tək necə dayana bilərdi?
Əlbəttə, sonluq bədii təxəyyülün nəticəsidir, çünki nə dəniz tanrısı mövcuddur, nə də onun başı. Mövcud olsaydı belə, Heraklın başqa vacib işlərinin olması tanrıların yadına dənizin ortasında düşməməliydi; səyahətin əvvəlindəncə Herakl gəmiyə oturdulmazdı, vəssalam. Bizə bu şübhəli bölümdə lazım olan odur ki, Heraklın sahildə buraxılması tamamilə Yasonun hiyləgərliyi səbəbindən baş vermişdir. Müqəddəs əmanəti ələ keçirəndən sonra şan-şöhrət yalnız onun olsun deyə. Telomanın dediyi kimi, Heraklın kölgəsində qalmasın deyə.
İndi gələk o suala ki, bəs niyə Friks qızılı yunlu qoçun belində Qafqaza uçmalı olur? O axıƏrəbistan yarımadasına, Məkkəyə aparılmalı idi.
Niyə mi?
Çünki müqəddəs əmanət məhz Qafqazdan oğurlanmalı idi. Müqəddəslik məkanının yerdəyişməsi üçün əfsanə məhz belə qurulmalıydı.
İzah edim. İbrahim peyğəmbərə peyğəmbərlik verilənə qədər o zamankı dünyanın əsas ziyarət məkanı nə Yerusəlim idi, nə də Məkkə. Bütün insanların əsas ziyarət məkanı Naxçıvanda Nuhun gəmisinin qayaya oturduğu yer idi. Dünyanı basan Nuh tufanından salamat qalan 7 adam məhz burada torpağa ayaq basmışdı. Naxçıvan məhz buna görə yeganə müqəddəs məkan idi. Türk dədələrimizin qoruduğu məkan idi. Qafqaz türklərinin əcdadı eradan qabaq 6-cı minillikdə Orta Asiyadan məhz bu ziyarətgahın xatirinə köç etmişdi bu yerlərə. O köç tarixindən ta eradan qabaq 3500-cü illərə qədər də, yəni həzrət İbrahimə qədər də Naxçıvan dünyanın baş ziyarətgahı, yeganə müqəddəs məkanı olaraq qalmaqda idi. O zamankı dünyanın hər yerindən zəvvarlar axın-axın bura gələrdilər. Əgər Həzrət İbrahim öz şumer həmtayfaları, qan qardaşları içində peyğəmbər kimi qəbul edilsəydi AllahTəalanın sevdiyi “seçilmiş xalq” türklər olaraq da qalacaqdı, Naxçıvanın müqəddəsliyi də itib batmayacaqdı. Amma Həzrət İbrahim bütlərə qarşı gəldiyindən şumerlər nəinki onu sevmirlər, hətta onu odda yandırıb öldürmək istəyirlər. İlahi möcüzə ilə odda yanmayan o Həzrət artıq onlarla birlikdə yaşaya bilməyəcəyini görüb Aralıq Dənizi sahillərinə qaçır və orada sonralar “yevrey” adı veriləcək Samoğulları arasında yaşamağa başlayır. Yəni Yafətoğlu Samoğullarına pənah aparır. Sonrakı nəsillərdə isə yevreylər onu öz nəsillərindən, Samoğullarından hesab edirlər, beləcə AllahTəalanın Həzrət İbrahimə və ondan törəyəcək nəsillərə vəd etdiyi səadəti, bərəkətli torpaqları yevrey nəsillərinə vəd edilmiş kimi qələmə verirlər. Yəni bəşəriyyət içindən AllahTəalanın sevdiyi “seçilmiş xalq”ın türklər deyil, yevreylər olduğunu tarixə sırıyırlar. Bu yolla da müqəddəslik məkanı Qafqazdan Aralıq Dənizi sahillərinə keçmiş olur.
Yəni əfsanənin diliylə desəm, müqəddəs ”qızılı yunlu dəri” Qafqazdan arqonavtlar vasitəsilə oğurlanıb Peliyə aparılır. Peliyə, yəni Friksin əmisioğluna.
Yəni Yafətoğullarından oğurlanıb Həzrət İbrahimin də, İsmayılla İshakın da əmisiuşaqları olan Samoğullarına aparılır.
Deyəcəksiniz elə isə dəri Yunanıstana niyə aparılır?
Fikir verin, arqonavtlar Qafqazdan qayıdanda əvvəlcə Aralıq dənizinin cənubuna, Liviya sahillərinəçıxırlar. Guya azıblarmış. Amma yox. Bu əfsanə eradan qabaq 3500-cü illərin əfsanəsi olduğu üçün o vaxtlar arqonavtlar elə Aralıq Dənizinin sahillərinə də dönməliydilər. Çünki yevreylər Şimali Afrikaya və o dənizin şərq sahillərinə səpələnmişdilər, toplu halda o coğrafiyada yaşayırdılar. Amma qızılı yun dərili qoçəhvalatından min illərlə sonra onlardan bir qismi, yuxarıda dediyim kimi, Balkanlara köç edirlər və orada onların şimaldan köçən türkdillilərlə qaynayıb qarışmaları nəticəsində vahid yunan xalqı formalaşanda bu əfsanə artıq yunan xalqının yaddaşına özününküymüş kimi oturur deyə arqonavtlar Şimali Afrika sahillərindən məhz Yunanıstana üzməliydilər, yoxsa əfsanə tamamlanmazdı, başqa sözlə, yunanların deyil başqa xalqın, başqa coğrafiyanın əfsanəsi olmuş olacaqdı. Ona görə dəəfsanəni Balkanlarda düzüb qoşanlar istəməsələr belə sonunda arqonavtları Yunanıstana gətirməyə məcbur idilər.
Həm də nəzərə almaq lazımdır ki, əfsanə eradan qabaq 3-cüəsrdə yazıya alınıb. Makedoniyalıİskəndər vəfat etmişdisə də Balkanlardan Hindistana, Qafqazdan Misirə qədər olduqca böyük bir ərazi yunanların hökmü altında idi, bütün o torpaqlar dörd müstəqil imperatorluqlara bölünmüşdü və hamısında da , təbii ki, yunan-ellin mədəniyyəti yayılmaqdaydı. Hərbi cəhətdən üstün olan xalq əsarətə aldığı xalqlara ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində dəüstün olduğunu göstərməliydi ki, o xalqların içindəəriyib getməsin.
Demək, ”Arqo” gəmisi Qafqazdan qayıdanda Yunanıstana çathaçatda güclü fırtına olur, ”sahilləri görünmək bilməyən dənizdə” , yəni Aralıq Dənizində xeyli müddət üzəndən sonra küləklər gəmini Şimali Afrika sahillərinə gətirib çıxarır. Bu hekayəəfsanənin 17-ci bölümündə, “Arqonavtların qayıtması” bölümündədir. Maraqlı budur ki, bu bölüm olmadan da əfsanə tam təsir bağışlayardı, yəni arqonavtlar Qafqazdan qayıdanda Qara Dənizdən , boğazlardan, Mərmərə Dənizindən keçib Egey Dənizinəçıxaraq Yunanıstana çatardılar, vəssalam. Ona görə də ilk baxışda adamda elə təsəvvür yarana bilər ki, bu bölüm əfsanəyə bir yamaq kimi yapışdırılmışdır, yəni əfsanə yaradıcıları xəyallarda da olsa arqonavtlarıəcdadlarının yaşadıqları torpaqlara ayaqlarını toxundurandan sonra Yunanıstana çatdırmışlar. Axı qədim yunanların o coğrafiyaya, xüsusilə də, Misirə anlaşılmaz sevgilərinin olması o dövrün yunan mütəfəkkirlərinin əsərlərindən də məlumdur, bu xalqın ”qədim sirlərin qoruyucuları” dedikləri Misir kahinlərinə xüsusi rəğbətləri vardı. Amma xeyr, qızılı yunlu qoç hadisəsi dövründə, hətta ondan sonrakı iki min ildən dəçox dövrdə “yunan” adlı xalq mövcud idimi ki, Misir kahinlərinin yaşadığı coğrafiyanı da sevsin? Ona görə də “yamaq” kimi görünə bilən 17-ci bölümün əfsanəyə yerləşdirilməsində başqa bir səbəb vardır ki, bunu yalnız bütün bu əfsanəyə mənim izah etdiyim “yevrey prizması”ndan baxaraq anlamaq mümkündür.
Qulaq asın. Yasona göylərdən xəbər gəlir ki, dənizdən bir ağ at çıxanda gəmini çiyninizə alıb onun ardınca gedərsiniz. Bəli, nəhayət, dənizdən ağ at çıxır və Liviya səhralarının içərilərinə doğru qaçmağa başlayır, arqonavtlar da gəmini çiyinlərinə götürüb onun ardınca gedirlər. Təbii ki o boyda gəmini çiyinə almaq mümkün olmayan bir şeydi, amma burada bizim üçün önəmli olan bu deyildir. Önəmli olan budur ki, bu boyda yük altında, əzab əziyyət içində, qızmar səhrada qan-tərə bata-bata on iki gün yol gedirlər, suzuzluqdan əziyyət çəkirlər və bir qayadan bir zamanlar Heraklın çıxardığı sudan içib yanğılarını söndürürlər.
Qayadan Heraklın çıxardığı su?!
Dini təsəvvürlərdə suyun AllahTəala tərəfindən möcüzəli şəkildəçıxması iki halda baş vermişdir. Birincisi, Həcər xanım körpəİsmayılı bağrına basıb su axtara-axtara Kəbəətrafında ora-bura qaçarkən yerdən Zəmzəm suyunun fışqırmasıdır.İkincisi isə bundan təxminən on üçəsr sonra Musa peyğəmbərlə bağlıdır. Firounun zülmündən qurtararaq Misirdən çıxardığı yəhudilərlə səhralarda dolaşarkən hamı susuzluqdan əziyyət çəkəndə AllahTəala Musa peyğəmbərə deyir ki, əlindəki əsanı vur qayalığa. Peyğəmbər dəəsanı qayalığa vuran kimi qayalığın on iki yerindən dupduru su fışqırır. Niyə on iki yerdən? Çünki Misirdən çıxarılan yəhudilər on iki nəsildən ibarət idilər. Əfsanədə aydındır ki, bu ikinci tarixi hadisəyə işarə edilir. Musa peyğəmbərin yerinə Heraklla əlaqələndirilmişdir bu hadisə. Çünki əfsanəni düzüb qoşanlar yaxşı bilirdilər ki, Musa peyğəmbər yevreylər arasında yaşasa da Həzrət İbrahimin nəslindəndir, yəni qanında şumer türklərinin qanı var. Herakl isə, yuxarıda dediyim kimi, türkdillilərin simvoludur, hətta yunanların öz əfsanələrində Dəşti-Qıpçaq çöllüyündə yaşadıqları hesab edilən skiflərin atası hesab edilir. Skiflərin türkdilli olduqlarını danmaq isə günəşin şərqdən çıxdığını danmaq kimi bir şeydir.
(ardı var)
Mirzə Hacıyev
***
Əfsanəvi “ARQO” gəmisinin sirri - I Hissə
//modern.az/articles/67759/1/
Əfsanəvi “ARQO” gəmisinin sirri - II Hissə
//modern.az/articles/67831/1/
Əfsanəvi “ARQO” gəmisinin sirri - III Hissə
//modern.az/articles/67904/1/