Modern.az

Əfsanəvi “ARQO” gəmisinin sirri - VI Hissə

Əfsanəvi “ARQO” gəmisinin sirri - VI Hissə

30 Noyabr 2014, 22:41


Yunanıstana  qayıdan  Yason  “qızılı yunlu dəri”ni  öz  əmisi Peliyə verirsə də, Peliy hakimiyyətdən əl çəkmir, yəni o da Yason kimi vicdansızdır, vədinə xilaf çıxandır, hiyləgərdir. Medeya burada da Yasona sevgisini göstərir, Peliyin  boğazını kəsərək onu  cəhənnəmə vasil edir. Amma Peliy öldürüləndən sonra hakimiyyətə  onun oğlu keçir və o, Yasonu da, Medeyanı  da  Korinf şəhərinə qovur. Korinfin hökmdarı onları mehribanlıqla qarşılayır, onlara öz yanında yer verir. Amma Medeyadan iki övlad sahibi olan Yason bir müddət sonra hökmdarın qızına aşiq olur. Hökmdar da bu izdivaca razı olur, axı Yason Qafqazdan  “qızılı yunlu dəri”ni oğurlayıb gətirdiyi üçün bütün xalqın sevimli qəhrəmanına çevrilmişdi. Bax bu andan etibarən Medeya dəyişir, Yasonun ona xəyanət etdiyini heç cür bağışlaya bilmir, heç  bir təsəlli ilə sakitləşmir, yediyini içdiyini bilmir. Dünyada ən böyük arzusu hakimiyyətəçatmaq olan hiyləgər Yason onu başa salmaq istəyir ki, guya hökmdarın qızıyla ona görə evlənib ki, ondan olacaq övladları Medeyadan olan övladlarına dayaq olsunlar gələcəkdə, necə olsa da hökmdar qızının övladları olacaq. Amma Medeya onu artıq dinləmək belə istəmir, çünki artıq, sadəcə olaraq, ona inanmır; yaramaz Yason onun , müqəddəs Qafqaz hökmdarının qızının qürurunu sındırmışdır, pak sevgisini tapdamışdır. Ata-anasını, doğma vətənini buraxıb belə birisinə qoşularaq qürbət ellərə gəlməklə nə böyük səhv etdiyini  hələ indi anlayır. Başa  düşür ki, xəyalındakı  qəhrəman bu deyildir. Dərk edir ki, Yason bütün hərislikləri, hiyləgərlikləri, xəyanətləri ilə bu dünyanın adamıdır, sevgini hakimiyyətəçatmağa alət edən birisidir. O isə Qafqazdan, müqəddəs məkandan olduğu üçün safdır, pakdır, sevərsə bütün varlığı ilə sevər, xəyanət nədir bilməz, əhdinə vəfa edər. Ona görə də həlledici məqamlarda onun yardımına göylərdən möcüzəli bir araba enər. Yəni bu dünyada yaşasa da məhz qəlbisaflığına görə göylərlə dəəlaqəsi vardır. Yason kimi düşüncələri yalnız Yer planetinə bağlı hiyləgərlər isə məhz Medeya kimi safqəlbliləri tapıb aldadarlar öz istəklərinəçatmaq üçün. Medeya ona olan sevgisinin xatirinə nələr etmədi, nələrindən keçmədi! Qafqazı tərk edərkən bu yaramaz adam onun doğmaca qardaşını hiylə ilə aldadıb  məbədə  gətirdi, orada qəfildən hücum edib qardaşını tikə-tikə doğradı, meyidin tikələrini dəçaya tulladı. Medeya bundan da keçdi...Amma daha  hər şey arxadadır. Artıq qəlbində Yason adlı adama yer yoxdur. O yoxdursa itirəcəyi  bir şey də yoxdur ikicə körpəsindən başqa. O körpələr də o hiyləgərin belindən gəlibsə elə ona da oxşayacaqlar.

Tezliklə  Korinf  hökmdarı  Medeyanın  onun  qızına və  Yasona  pislik edə biləcəyindən  ehtiyatlanıb onu şəhərdən qovmaq istəyir. Və  artıq  hər  şey  bitdi, daha kimsə  Medeyanı  qınaya  bilməz, çünki o, o qədər axmaq deyil ki, şəhərdən qovulmaq planının Yasondan gəldiyini anlamasın. Axı Yason Medeya ilə uzun səyahətləri zamanı onun  qeyri-adi  bacarıqları  olduğunun  özü  şahidi  olmuşdu .

Bəli, Medeya  artıq depressiyadadır. Çünki könül verdiyi, illərlə bir yastığa baş qoyduğu birisinin  bu qədər insanlıqdan uzaq olmasını heç cür anlaya bilmir. Beynində yalnız “intiqam” sözü dolaşır. Hamıdan, hər kəsdən intiqam almaq! Başqa heç  nə  düşünə  bilmir  artıq.

İntiqam  eşqi  ilə yanan Medeya bircə gün vaxt istəyir hökmdardan. Hökmdar da razılaşır, ertəsi gün sübhə qədər vaxt verir ona, sabah açılanda getmiş olmasa edam ediləcək. Medeyaya bu bircə gün yetərlidir. Bircə günün  içində hökmdarı da, qızını da, öz körpəövladlarını da amansızlıqla  öldürür, Afinaya  qaçır.                 

Diqqət edin: Yasonu öldürmür. İstəyir ki, övladlarınıöldürməklə  ona  ömrü boyu əzab çəkdirsin. Amma  yalnız buna görəmi? Xeyr. Yasonu  sağ  buraxmasının bir tək səbəbi ola bilərdi; o hələ də onu sevirdi. Sevgilini isəöldürməzlər.                 

Medeyanın  taleyi Midiya türk dövlətinin taleyidir. Yəni Midiyalılar gec-tez anlayırlar ki, Həzrət İbrahimin və ondan törəyənlərin  tarixdə yevrey kimi qələmə verilməsi yevreyoğullarının bütün dünya türklərinə xəyanətidir. Həzrət İbrahim  zamanına  qədər  o  zamankı  dünyanın müqəddəslik  beşiyi  sayılan  Midiyanın  xoşbəxtliyinin sonu bu müqəddəsliyin məkanının  Aralıq Dənizi sahillərindəki yevreyoğulları  məkanına  yerdəyişməsi  ilə  başlamışdır.

Əfsanədə də belədir; “qızılı yunlu dəri”nin  məkanı dəyişilməklə Medeyanın xoşbəxtliyinin sonu başlayır.                 

Əfsanənin  sonunda  Medeya  canını qurtarmaq üçün  Afinaya boş yerə qaçmır. Hamıdan  intiqamını almazdan azca əvvəl Afina hökmdarı ona söz vermişdi ki, mənim yanıma gəlsən heç vaxt səni düşmənlərinə vermərəm. Artıq geriyə, Qafqaza yolu olmayan Medeya bundan sonra yalnız  Afinada rahat nəfəs ala bilər. Heç şübhəm yoxdur ki, bu sonluq əfsanənin yazıya alındığı zamanın, yəni eradan əvvəl  3-cü  əsrin əlavəsidir. Çünki, yazımın əvvəlində dediyim kimi, əfsanənin  yarandığı vaxtlarda hələ nə Afina adlışəhər, nə də yunan adlı xalq  dünyada mövcud deyildi. Odur ki  bu sonluq yalnız eradan əvvəl  3-cüəsrdə və yalnız da  ona görəəlavə edilə bilərdi ki, əfsanə yazıya alındığı həmin dövrdə Afina artıq Midiya dövlətini  Əhəməni fars zülmündən  xilas  etmişdi.

Makedoniyalı  İsgəndərin  qılıncı  gücünə...

Makedoniyanın paytaxtı Pella şəhərində anadan olan bu böyük qəhrəmanın nəsil baxımından yunanlara  bağlılığı  yox  idi; onun əcdadları  eradan əvvəl  3-cü minillikdə  Kiçik Asiyadan Balkan yarımadasına  köç edən pelasklardan, yəni  sak-iskit  türklərindən idi. Ona görədir ki, o da, atası da, babası da, ümumiyyətlə, bütün Makedoniya çarlarıənənəvi olaraq əfsanəvi Heraklıöz əcdadları bilirdilər. Böyük Əhəməni-fars imperiyasının azıüç-dörd dəfə böyük qoşunu iləüç böyük vuruşmağa atılmaqla  o, həqiqətən də damarlarında Heraklın qanı axdığını sübut etmişdi; əvvəlcə  dədələrinin  vətəni olan Kiçik Asiyanı farsların caynağından təmizləmiş, ardınca da  dədələrinin ulu əcdadları uyuyan qoca Qafqazı... Nuh peyğəmbərin tufandan sonra ilk olaraq ayaq basdığı müqəddəs məkanı... Midiyanı...

Gözəlim Medeyanı... Yasonun qızıl yunlu dərini oğurlamaq üçün istifadə etdikdən sonra gərəksiz əşya kimi tulladığı, qürurunu tapdadığışahzadə Medeyanı...

Belə məlumdur ki,Əhəmənilərlə ilk savaşını Kiçik Asiyada, ikincini indiki Suriyanın şimal hissələrində gerçəkləşdirən cəsur İskəndər üçüncü, həlledici savaşı Medeyanın da, öz əcdadlarının da vətəni olan Qafqazdan başlamışdı. Eramızın ikinci əsrinin məşhur yunan tarixçisi Arrian yazır ki ,”İskəndər Qafqaz dağlarına gəlib çıxdı, orada şəhər saldı və ona İskəndəriyyə adı verdi, adətincə, Tanrıya qurban kəsdi.. .” Başqa bir yerdə yazır ki, İskəndər öz qoşunu qarşısındakı nitqindəözü deyir ki, mən Qafqaz üzərindən keçib Kaspi keçidinin o tayına adlamışam. Bu barədə Arriandan bir əsr əvvəl yaşamış yunan tarixçisi və coğrafiyaçısı  Strabon  da  yazmışdır: ”İskəndər Arazdan keçib  Persepolisin  özünə  gedib  çıxmışdır”.

Amma  niyə  Qafqazdan?

Dara ilə iki qanlı savaşdan sonra Makedoniyalıİskəndər nəinki bütün Kiçik Asiyaya və Aralıq Dənizi sahillərindəki şəhərlərə, hətta  Misir  kimi  böyük  bir ölkəyə də sahib olmuşdu. Həm də tamamilə döyüşsüz. Və onun Əhəmənilərlə  həlledici  döyüşə  hazırlaşdığı  xəbəri  yayılınca fars  qoşunundakı  yadellilər  kütləvi  şəkildə  qoşunu  tərk edib Qafqaza qaçmağa başlamışdılar. Yadellilər deyərkən midiyalı döyüşçülər nəzərdə tutulur təbii ki, çünki qoşunun əksəriyyəti midiyalılardan ibarət idi. Və təbii ki qaçacaqdılar, çünki İskəndərin MidiyanıƏhəməni zülmündən xilas etmək şüarı hər yanda bəlli idi. Vətənini  xilas  etmək  istəyən birisinə qarşı hansı axmaq vuruşardı? Bəli, bunu o zamanın tarixçiləri yazırlar ki, İskəndər Qafqaza ona görə gedir ki, həlledici döyüşdən qabaq Əhəməni ordusundan qaçmış həmin  o  yadelli  döyüşçüləri  özünə  tabe  etdirsin.

Həlledici  döyüşə  məhz  Qafqazdan  başlamaq həm də  qoşunun  mənəvi gücünü artırmaq üçün hava-su kimi lazım idi. Axı  Balkanlardan  gələn  döyüşçülər  o zamana qədər yalnız əfsanələrdə eşitdikləri  Qafqaza --- arqonavtlarla, Prometeylə, Zevslə və sair mifoloji qəhrəmanlarla bağlı bir diyara ilk dəfə ayaq basacaqdılar. Bəli, şəxsən mən bu fikirdəyəm ki, fars qoşunundan qaçanlar Qafqaza getməsəydilər belə Makedoniyalıİskəndər Dara ilə həlledici döyüşə yenə də məhz Qafqazdan başlayacaqdı. Ən böyük arzusu xalqının xatirində herakllar, prometeylər kimi əbədi olaraq əfsanələr pərdəsinə bürünmüş sevimli bir qəhrəman kimi yaşamaq olan şöhrətpərəst, xəyalpərvər, romantik ruhlu Makedoniyalıİskəndər min illərlə Balkan insanlarının xəyallarında yaşayan əfsanəvi  “Arqo”  gəmisinin arqonavtlarının ayaq basdıqları Kolxidaya çıxaraq başlamalıydı savaşını. Belə də etmişdi. İndiki Gürcüstan torpaqları  tərəfdən  Zakatala-Şəki  bölgəsinə keçmiş, orada bir müddət dincəlmiş, hətta qala  da tikdirmişdi. Şəkinin  Orta  Zəyzid kəndi civarında bu qalanın qalıqları indiyədək də qalmaqdadır, adına da el arasında “İskəndər Zülqərneyn qalası” deyirlər. Sonra  cənuba  doğru  gedərək Arazı adlamış, savaşa-savaşa Əhəmənilərin paytaxtı Persepolisə qədər getmiş, Daranı  taxt-tacını  buraxıb Baktriyaya qaçmağa  məcbur  etmişdi.

(ardı var)

Mirzə  Hacıyev


***
Əfsanəvi “ARQO” gəmisinin sirri - I Hissə
//modern.az/articles/67759/1/

Əfsanəvi “ARQO” gəmisinin sirri - II Hissə
//modern.az/articles/67831/1/

Əfsanəvi “ARQO” gəmisinin sirri - III Hissə
//modern.az/articles/67904/1/

Əfsanəvi “ARQO” gəmisinin sirri - IV Hissə
//modern.az/articles/68025/1/

Əfsanəvi “ARQO” gəmisinin sirri - V Hissə
//modern.az/articles/68092/1/


Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI