Modern.az

Leyla Əliyeva: “Kədər döydü qapımı…”

Leyla Əliyeva: “Kədər döydü qapımı…”

18 Dekabr 2014, 22:13

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Kədər” adlı şeiri oxucuların ixtiyarına veririk.

Günlərin bir günündə
Kədər döydü qapımı
Mən isə unutmuşdum
Qıfılları asmağı.
Başqa şey düşünmədim,
öz qəfil qonağımı
dəvət etdim içəri... –
Qonaq-qaralı evdə
darıxmaz ev yiyəsi.

Gəl, ey kədər, gəl səni,
tünd çaya qonaq edim.
Yanında da şipşirin
mürəbbələri düzüm.
Mən sənin yanındayam
ona görə darıxma;
Darıxmağa biz hələ
vaxt taparıq... nəvaxtsa.

Dan yeri sökülməmiş
bəlkə də gedəcəksən;
Gedəndə axşamüstü
geri dönəcəyini
vədə də verəcəksən...
Bəs səhər yağış yağsa,
billəm...
onda, elə səhər də
qəlbimi bərk-bərk sıxıb
orda isinəcəksən...

Bilirsənmi, ey kədər,
Səni mən gözləyirdim.
İnan ki, səninlə mən
savaşmağa da şadam.
Hətta əvvəlcədən də
çayı da cüt süzmüşdüm.
Axı yaxşı bilirəm
məni heç unutmursan,
bəzən tək həmdəmimsən...

Bilirsənmi, ey kədər,
saymamazlıq etsəydim,
səni şəksiz, şübhəsiz
qovardım həyatımdan...
Amma ümidliyəm ki,
Bəlkə özün anladın;
Mənim qızıl vaxtımı
hədərə çıxarmadın...

Bəlkə elə götürüb
saatları sındırım.?!
Axı vaxtla, saatla
Başqa cür daha necə
mübarizəyə qalxım?
Əgər mənim qonağım
olmağa qərarlısan,
buyur... nə deyirəm, qal...
Kədərsən... öz adınla
həyata yeni rəng qat...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI