Modern.az

“Sözün müdafiəsi klubu” Azərbaycan ziyalılarına çağırış etdi

“Sözün müdafiəsi klubu” Azərbaycan ziyalılarına çağırış etdi

17 Yanvar 2015, 12:40

Söz Azadlığını Müdafiə Fondunda (SAMF) "Sözün Müdafiəsi Klubu"nun ilk müzakirəsi keçirilib. “Küçə reklamlarında Azərbaycan dili” mövzusuna həsr olunmuş müzakirələrdə əməkdar jurnalist Tahiq Aydınoğlu, "Qolos Karabaxa" qəzetinin baş redaktoru Qədir Nəsirov, SAMF-dan Musa Yaqub, Vüqar Tofqli və Nəzirməmməd Quliyev iştirak edib.

Tədbiri giriş sözüylə açan Vüqar Tofiqli təşklatın son illərdə Azərbaycan dilinin vəziyyəti və qorunması ilə bağlı gördüyü işlərdən danışaraq, ilk Avropa Olimpiya Oyunlarının keçiriləcəyi bir vaxtda dilimizə olan marağın artacağını bildirib. Belə məqamda dilimizin təqdimatında müvafiq qurumların üzərinə böyük məsuliyyət yükünün düşdüyünü qeyd edən V.Tofiqli təşkialtın məqsədi məhz mövcud problemləri ictimailəşdirməklə onları aradan qaldırmaq olduğunu dilə gətirib.

SAMF-ın sədri Musa Yaqub Azərbaycan dilinin qorunmasında hər birimizin məsuliyyət daşıdığımızı bildirərək, bu məsələrərdə diqqətli olmağımızın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu tipli mövzuların ictimai müzakirəsi nəticədə ümumi problemlərin aradan qaldırlımasına təkan verəcək.

Tahiq Aydınoğlu təkliflərlə çıxış edərək, ziyalılarımızı dilimizin müdafisinə səsləyib. Onun sözlərinə görə, nə qədər çox müzakirələrə yer versək və problemləri ictimailəşdirsək nəticədə probelmin həlli də sürətlənər.
Qədir Nəsirov belə işlərdə medianı diqqətli olmağa çağırıb. Deyib ki, hər birimiz öz sahəmizdə problemin həllinə təkan verməliyik.
Nəzirməmməd Quliyev təşkilatın bu günədək keçirdiyi layihələrə ekskurs edərək SAMF-ın cari ildə yenidən monitorinqlərə başlayacağını və bu prosesə müvafiq qurumlarında təmsilçilərinin dəvət ediləcəyini bildirib.
Ciddi fikir mübadiləsi keçən müzakirələrdə səslənən təkliflərin ümumilədirilərək ictiamiləşdiriləmsi qərara alınıb.
Qeyd edək ki, “Sözün müdafiəsi klubu” layihəsi çərçivəsində ayda bir dəfə olmaqla Azərbaycan dilinin qorunması ilə bağlı müzakirələrin təşkili həyata keçiriləcək. Sonda isə müzakirənin stenoqramı həm fondun saytında, həmdə saytların birində yerləşdirilməsi planlaşdırılır. Fondun əməkdaşları tərəfindən “Sözün müdafiəsi klubu”nun “Əsasnaməsi” və fəaliyyət proqramı hazırlanıb.


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI