Modern.az

Niyə xristianofobiya, yəhudifobiya yox, məhz islamofobiya?

Niyə xristianofobiya, yəhudifobiya yox, məhz islamofobiya?

20 Yanvar 2015, 22:43

Attila Kəsgin Qılınc

Niyə belə bir söz dillər əzbəri olub? Niyə heç yerdə xristianofobiya, yəhudifobiya, budizmfobiya yox, məhz islamofob sözü ümumişlək olub?

Fobiya (yunanca fobos (qorxu)) - təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır.

Məsələn mən yüksəklikdən qorxuram. Buna akrofobiya deyilir.

İslamofobiya sözünün hərfi açıqlaması islam qorxusu, islamdan qorxmaq kimidir. Amma təəssüflər olsun ki, bir çox mənbələrdə islamofobiya sözü islama, müsəlmana qarşı düşmənlik, nifrət, kin kimi tərcümə edilib.

Belə bir izah ilk öncə bir çox müsəlmanı kin və nifrətlə doldurur. Belə bir izah müsəlmanları təhrik edir, onlara “filankəs islmofobdur, yəni islama nifrət edir, kin bəsləyir, düşmənlik edir, sizin düşməninizdir” kimi bir mesaj verir. Bu tərz izah artıq öz təsirini göstərib. İslmofobiya deyəndə müsəlmanların ağlına ancaq islama qarşı düşmənlik gəlir.

Əgər islamofobiya sözü sadəcə islam qorxusu kimi tərcümə olunsaydı, bəlkə də bu izah bir çox müsəlmanı daha dərindən düşündürərdi. Bəlkə də bir çox müsəlman düşünərdi ki, görəsən insanlar sevgi, barış, sülh, ədalət, əminamanlıq dolu tolerant dindən və barışcıl, sevgi dolu müsəlmanlardandan niyə qorxurlar!?

Çox sadə sualdır elə deyilmi? Əslində böyük bir qapının da barmaq boyda açarı var. O kiçik açar olmasa biz qapını aça bilmərik.

Bu sadə sualları düşünmək lazımdır. İnsanlar sevgi, barış, sülh, ədalət, əminamanlıq dolu tolerant dindən və sevgidolu, barışcıl müsəlmanlardan niyə qorxurlar? Niyə islamofob olublar?

İslamofobiya sözü daha çox qərblilərə aid edilir.

Qərbdə də bizim kimi insanlar yaşayır. Onlar başqa canlılar qrupuna aid deyildir. Bütün psixi pozğunluğu olmayan, normal insanlar savaşa, kinə, nifrətə qarşıdır və sevgi, barış, əminamanlıq istəyir. Bütün Avropa əhalisi anormal deyil ki, sevgi, barış, sülh, ədalət, əminamanlıq dolu tolerant dindən və sevgidolu, barışcıl müsəlmandan qorxa. Yəqin burda nəsə bir başqa şey var.

Yəqin ki bir çoxunuz xəbərlər proqramında avropada baş verən anti-islam mitinqlərini eşitmisiz!? Bütün belə xəbərlərdə islamofobiya sözü işlədilir. Bu tip xəbərlər də insanları yanlış yönləndirir.

Təbii ki, islamofobiya sözünü islama qarşı düşmənlik, kin, nifrət kimi anlayanlar belə xəbərləri eşidən kimi Avropaya qarşı kin, nifrət ilə dolur.

Gəlin xristianofobiyanı, İslam qaydalarının icra olunduğu, islam adət ənənələrinin yaşanıldığı bir regionda xristianlıq yayıldığını təsəvvür edək...


Təsəvvür edək ki, xristianlar gəlib İslam adət ənənələrinin yaşanıldığı, hərkəsin İslamla azad, firavan yaşadığı bir regionda xristianlıq yaymaq istəyir. Məsələn, meydana böyük kilsə zəngi qoyur və zəngi yüksək səslə çalaraq insaları xristianlığa səsləyir, xristian dindarlar insalara pulsuz İncil paylayır.

Təsəvvür edin ki, xristianlar gəlib islam adət ənənələrinin yaşanıldığı, hər kəsin islamla azad, firavan yaşadığı bir regionda 2015 il öncə yaşayıb ölmüş İsa və İsanın tərəfdaşları haqqında kütləvi halda ağılar, mərsiyələr deyib küçələrə toplaşır. Üstəlik, bu yas tutan xristianlar müsəlmanların şadlıq, bayram etməsinə etiraz edir, buna qarşı etiraz yürüşləri edirlər.

Təsəvvür edin, xristian bir dindar İslam adət-ənənələrinin yaşanıldığı, hərkəsin islamla azad, firavan yaşadığı bir regionda yoldan keçənlərdən səhv tutur və xristian qaydaları öyrədir. - “Bacım belə geyinmə günahdır, Tanrıdan qorx. Sənin xaçın hanı, bacım?”.

“Xaç vurmuyan əxlaqsızdı, haqq dini xristianlıqdır, xristian olmayanlar səhv yoldadır” deyə qaydalar qoyurlar regionda.

Sonra təsəvüvr edin ki, xristian dindarlar tökülüb küçələrə əllərində plakatlar, “yaşasın İsa, yaşasın xristianlıq” deyərək bağırır və rəhbərlikdən tələb edir ki, xristianlara xüsusi imtiyazlar verilsin.

Təsəvüvr edin ki, xristian dindarlar xristianlıq yayılan regionda bir-birinə qarşı düşmənlik edir. Xristian məzhəbləri arasındakı düşmənlik və savaşlar dayanmır. Bir məzhəb digər məzhəbin ibadətini, dini qaydaların, din alimlərinin dini izahlarını bəyənmir. Kilsələrdə din xadimləri tərəfindən digər məzhəbin səhv yolda olduğu aşılanır insanlara. Beləliklə, insanlar arasında məzhəb ayrıseçkiliyi, məzhəb düşmənliyi olur. Təsəvvür edin ki, bir-biri ilə barışmağı bacarmayan məzhəbçi xristian kütlə bu ayrı-seçkiliyin yaranmasında islamçıları günahkar kimi görür, islamçılar bizim dini böldü deyirlər.

Sən bu xristianlıqdan qorxsarsan yoxsa yox?

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI