Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü
Elə düşünməyin ki, intiharı təbliğ etmək istəyirəm. Əsla yox! İntihar psixoloji xəstəlikdir, ağlın kasadlığı əlamətidtir. Sovetlər dönəmində belə hərəkətə əl atanlara dəli deyirdilər, hətta intihar edən şəxsin ailə üzvləri də qınaq obyektinə çevrilirdilər, kimsə onlarla ünsiyyətdə olmaq istəməzdi.
Bəs mən nəyə görə ... filankəslərin ölümünü tələb edirəm? Belə bir ifadə var: kimlər gəldi, kimlər getdi bu dünuyadan. Bu fikrə mən bir cümlə də əlavə edərdim: kimlər qaldı bu dünyada. Bəli, o qədər ölməli adamlar var ki ...
25 il bundan əvvəl Bakıya ordu yeridən, dinc əhalini gülləbaran edən hərbçilərə kim göstəriş vermişdi? Bu gün həmin 20 yanvar faciəsinin baiskarı mixail qorbaçov (bu yazıda adları keçən şəxslərin ad-soyadlarını böyük hərflərlə yazmaq qəbahətdir! – M.A.) müsahibələrində deyir ki, “göstərişi mən verməmişəm, SSRi Ali Soveti belə qərar qəbul edib”. Lotu gənclər demişkən “Kimə gəlirsən, alə?”. Heç xacələt çəkmirsən? Ali Sovet nəçiydi ki, belə qərar versin? İnək göz eləməsə öküz attanarmı? Uşaq da bilir ki, Bakıya təcavüzü qorbaçov yönəltdi. Kimdən heyif çıxdığını uşaq da bilir, böyük də. Nə isə, bu başqa mövzunun söhbətidir. Reallıq belədir ki, əlini qana bulamış qorbaçovların,onların əlaltıları yazovların və başqalarının bu gün yaşamağa haqları yoxdur.
O boyda ölkənin güya prezidenti seçilmiş qorbaçovun bu gün hansı ölkənin vətəndaşı olduğu da bilinmir, orda-burda baş girləyir.
Hələ deyəsən, arsız-arsız Bakıya gəlmək, Şəhidlər Xiyabanına gedib məzarlar önündə baş əymək istəyirlər. Belə yerdə deyiblər ki, atamızı öldürmüşük goruna and içək. Sizlər xarabalıqlarda gömülməli insanlarsınız. Bəli, mən sizin yerinizdə olsaydım, intihar edərdim.
Bu siyahıya Xocalı baiskarları da əlavə olunmalıdır. 23 il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalı şəhərini güllə-barana tutdular. 366-cı motoatıcı diviziyanın (rus ordusunun köməyi ilə 600-dən çox soydaşımız qətlə yetirildi, nə qədər adam əlil qaldı, mindən artıq Xocalı sakini əsir götürüldü. Xocalı sakinlərinə gecəyarı ölüm dəhlizi açılmışdı, şaxta-boranda meşə ilə, dağlarla birtəhər Ağdama üz tutmuşdular. Bu qəddarlığı, vəhşiliyi nə yerdə bəndə, nə göydə tanrı götürər. Xəcalət çəkmədən hələ yaşayırlar cinayətkarlar. Vaxtları çatıb, bu qansızları intihar gözləyir. Bəlkə bundan sonra günahlarını yuya bilələr. sərkisyana nə qədər adam lənət oxuyur. Geci-tezi allahın bəlasına düçar olacaq. Bəs nəyi gözləyir? İntihar vaxtı çatıb. Qarabağda qondarma məhkəmə qurub girovları zindana atmaq cəhdi onların bəlasını verməyəcəkmi? Bütün dünya günahsız girovların azad olunmasını tələb edir, sərkisyan isə susur. Məzəmmət etməyin məni, onun yerinə olsaydım, özümü uf demədən öldürərdim. Başqa yol yoxdur, məsləhət belədir! Ölümə layiq olanların bu cahanda qalması məsləhət deyil. Kimlər qaldı bu dünyada? Qatillər, cinayətkarlar! Yaxşıların arasında belələrinə yer olmamalıdır!