Modern.az

Deputat Vaqif Səmədoğludan YAZDI: “O qürbəti bizə belə tanıtmışdı”

Deputat Vaqif Səmədoğludan YAZDI: “O qürbəti bizə belə tanıtmışdı”

Ədəbiyyat

5 Mart 2015, 22:18


Vaqif Səmədoğlunun vəfatından martın 7-də 40 gün ötəcək. Modern.az sayt xəbər verir ki, deputat, yaqzıçı Rafael Hüseynov Vaqif Səmədoğlu ilə bağlı qısa qeydlər edib. Rafael Hüseynov özünün facebook hesabında bu barədə belə yazıb:

“Sabah da ötəcək və martın 7-də 40 gün olacaq ki, Vaqif oradadır.  Buralarla rabitəsi olmayan, buralara yolu çatmayan, buralara oralardan heç kəsi buraxmayan Qürbətdə. O Qürbətin təxmini mənzərəsini həssas Vaqif heç oraları görmədən də çox illər öncə təsəvvür etmişdi. 

Hələ 1982-ci ildə, bizimlə əbədi ayrılığından 30 ildən də bir az qabaq həmin Qürbəti bizə belə tanıtmışdı:

Kimin yanına gedəsən,
Kimə zəng vurasan
Bu ünvansız,
Telefonsuz
Vətəndə?

Martın 8-də saat 21.30-da və martın 10-da saat 23-də Azərbaycan Radiosu ilə səslənəcək “Axşam görüşləri” verilişində unudulmaz Vaqif Səmədoğlunu anacağıq”.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI