Modern.az

Tanınmış jurnalist Səbuhi Məmmədlinin İtaliya partizanlarından bəhs edən kitabı çıxdı

Tanınmış jurnalist Səbuhi Məmmədlinin İtaliya partizanlarından bəhs edən kitabı çıxdı

13 Mart 2015, 12:52


Tanınmış jurnalist Səbuhi Məmmədlinin “Azərbaycandan Apenninə: faktlar, sənədlər, talelər” kitabı işıq üzü görüb. Modern.az-ın məlumatına görə, kitab 2-ci dünya müharibəsi zamanı İtaliyada vuruşmuş azərbaycanlı partizanların taleyindən bəhs edir.

Ötən il bir neçə dəfə İtaliyada olmuş müəllif Apennin yarımadasında müxtəlif partizan briqadalarında faşizmə qarşı vuruşmuş həmyerlilərimizlə bağlı araşdırmalar aparıb. Kitabda müxtəlif insan taleləri, azərbaycanlı partizanlarla bağlı sənədlər və fotolar, xatirələr toplanıb. Bundan başqa, adı ilk dəfə ictimaiyyətə bəlli olacaq qəhrəman həmyerlilərimiz barədə məlumatlar yer alıb.
Kitaba ön sözü Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev və Florensiya Universitetinin professoru Renato Rezaliti yazıb.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çap olunub.



Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI