Modern.az

Həmid Herisçini kitabxanadan qovdular

Həmid Herisçini kitabxanadan qovdular

14 Mart 2015, 11:55

Tanınmış yazıçı-publisist Həmid Herisçiyə qarşı Mirzə Fətəli Axundov adına Respublika Kitabxanasında haqsızlıq edilib. Modern.az xəbər verir ki, yazıçı hazırda ANS teleknalında müəllifi olduğu “Şəxsiyyət vəsiqəsi” proqramının növbəti efiri üçün material hazırlamaq məqsədilə kitabxanaya baş vursa da, Həmid Herisçini oradan uzaqlaşdırıblar Yazıçı bu haqda özü məlumat verib:

“Dünən getmişdim Axundov adına kitabxanaya... Verilişimlə əlaqədar bir-iki kitab lazımdı mənə... Kitabxana işçilərindən biri lazımı kitabları elə təzəcə mənə ayırmışdı ki, qəfil beyni çöndü... Dedim nooldu axı sənə? Cavabında - “Direktorumuz deyir ki, sənə kitab verməyim... Deyir ki, yaxşı adam deyilsən... Televizorda klassiklərimizi təhqir edirsən...”- sözlərini eşitdim...
Ağzım qurudu...Qaldım mat-məəttəl. 
Heç vaxt inanmazdım ki, kitabxanada başıma belə işlər açarlar... Kitab verməzlər mənə...
Nədir bu?
Rəhmətlik atam bu təkliyə-tənhalığa “təbrizli taleyi” adını vermişdi...
İndi bu taleyi mən yaşayıram...”. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI