Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin təşkil etdiyi “Dəf(i)nə yarpağı” tərcümə müsabiqəsinin qalibləri müəyyən edilib.
Modern.az xəbər verir ki, birinci yerə Təvəkkül Zeynallı, ikinci yerə Akif Əli, üçüncü yerə isə Şərif Ağayar layiq görülüblər. Həvəsləndirici mükafat isə Əlizadə Nuriyə verilib.
Qeyd edək ki, birinci yerin qalibi 3000, ikinci yerin qalibi 2000, üçüncü yerin qalibi isə 1000 manat pul mükafatı alacaq.
Elmin NURİ