Modern.az

Əyalətdə yaşayan şair işsizlikdən əziyyət çəkir

Əyalətdə yaşayan şair işsizlikdən əziyyət çəkir

17 Mart 2015, 14:08

Hazırda Yevlax şəhərində yaşayan tanınan şair Mahir Mehdi uzun müddətdir ki, içsizlikdən əziyyət çəkir.  Qeyd edək ki, vaxtilə “Ulduz” jurnalı və “Azadlıq” qəzetində çalışan Mahir Mehdi ədəbi proseslərdən uzaqlaşaraq, yeddi il paytaxdan kənarda işsiz yaşayıb. Bir neçə il bundan öncə Bakıya qayıdaraq  bir neçə xəbər portallarında redaktor kimi çalışan şair açıqlamaq istəmədiyi səbəbdən yenidən Yexlava geri dönüb.

Həm də məcburi köçkün olan şair hazırda bir ilə yaxındır ki, işsizdir. Modern.az bu barədə şairin özü ilə əlaqə saxlayıb. Mahir Mehdi həqiqətən də az qala bir ildən çoxdur ki,heç yerdə işləmədiyini, çox az adamın onu axtardığını və güzəranın o qədər də qaydasında olmadığını qeyd edib:

“Yevlaxa gələndən sonra heç yerdə işləmirəm. Elə ancaq hərdənbir şeirlər yazıram. İş olsa əlbəttə ki, Bakıya qayıdıb işləyərəm. Mənim ədəbi və jurnalistlik fəaliyyətim ora ilə bağlıdır. “Azadlıq”  qəzetində çalışanda çox yazarların əsərlərini ilk dəfə mən çap eləmişəm ki, onlar hazırda tanınan imzalardır. Özüm heç kəsə müraciət etmirəm. Əgər mənə müraciət edən olsa,  işləməyə hazıram”.

Qeyd edək ki, Mahir Mehdi hazırda Yevlaxda bacısnın evində yaşayır.  Üç nəfərlik ailədə heç kəsin işləməməsi durumu ağırlaşdırıb.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI