Modern.az

Zakir Həsənovun “zabit”i Eldəniz Elgünə 15 milyon pul verək

Zakir Həsənovun “zabit”i Eldəniz Elgünə 15 milyon pul verək

28 Mart 2015, 21:03

Öldürmək. Xüsusilə də insanı öldürmək. Lap ümumi desək – canlını öldürmək. Çox çətin işdir. Bütün hallarda günahdır. İstəyirsən qarışqanı öldür, istəyirsən insanı. Lap indiki dövrdə bəzilərinin aşağı səviyyəli müdirlərinə ünvanlıdığı “Məni sən işə götürmüsən ki, sən də çıxarasan?” xitabına oxşayır. Bu canlını sən yaratmısan ki, sən də öldürəsən? Bəzən bunu düşünəndə nəinki insan öldürməyim, heç ət xörəkləri yeməyim də gəlmir. İrgənirəm ətdən.

Amma adam var ki, insan ətinə yox, adam qanına susayıb. Təqsir görmürəm onlarda. Məni də doğma el-obamdan, ev-eşiyimdən didərgin salsaydılar, qohumlarımı qanına bələnmiş paltarında torpağa tapşırsaydım, nəinki ermənilərin qanına susayardım, hətta ətini də didib yeyərdim.

İki il əsgərlikdə İran sərhədində olmuşam. İki il bir məramım olub. İrandan keçən sərhəd pozucusunu yaxalamaq. Əlbəttə ki, diri halda. Əgər bunu bacarmasaydım, iranlını öldürməyə tam ixtiyarım vardı. Hətta buna görə döşümə medal da taxacaqdılar. Amma iki il ha axtardımsa, bir iranlı da əlimə keçmədi. İki ildə bizim zastavanın sahəsindən sərhədi üç iranlı keçsə də, mənim keşik növbəmə düşmədi. Hələ İran idman təyyarəsini demirəm...

Qayıdaq indiki dövrə. Qoşunların təmas xəttində azərbaycanlı və erməni bir-birinin qanına susayıb. Elə hey gözləri bir-birini gəzir ki, ov eləsinlər. Nişangahda isə onların başlarıdır. Çünki başdan dəyən gülləyə sorğu-sual yoxdur. Dəydi, vəssalam. Yerindəcə ölürsən. Erməni azərbaycanlının başını nişan alır, azərbaycanlı da erməninin.

Ordumuza dövlət tərəfindən külli miqdarda pul ayrılır. Bunu anlayıram. Bu gün sakit şəraitdə oturub bu yazını yazıramsa, deməli Azərbaycan ordusuna borcluyam. Azərbaycan əsgərinin məhv etdiyi hər bir düşmənə, vertolyota görə sevinirəm. Erməni ordusunun gülləsinə tuş gələn hər azərbaycanlıya görə isə üzülürəm. Bu adi hisslərdir. Hər birimizə xas xüsusiyyətlərdir.

Amma məqsədim bu deyil. Fikirləşirəm ki, yaxşı... azərbaycanlı əsgər erməni əsgərini doğma torpağına soxulduğuna görə öldürür. Bəs ermənistan əsgəri azərbaycanlını niyə öldürür? Axı, onlara nə etmişik? 1918-ci ildə torpağımızdan pay verib, dövlət qurmaqlarına şərait yaratdığımıza görə bizə çoxsağolları budurmu? Məntiqsizlik. Yox. Məşədibadın təbirincə desək, müharibə şəraitində heç məntiqin yeridir? Bəs nə?

Bu yaxında dostum Eldəniz Elgünün “Erməni psixologiyası” adlı kitabı çıxdı. Oxudum. İlk baxışdan qeyri-adi heç nə görmədim. Bir də oxudum. “Ermənidir də... ay Eldəniz, ermənini tanımırıqmı?” dedim. Üstəlik “mən də “Ərmən-Şuşanikin sevgisi”, “Debil Armen” hekayələrini, “Erməni qadını, azərbaycanlıların erməniləşdirilməsi prosesi” məqaləsini yazmışam. “Ərmən”i ermənilər o saat rus dilinə tərcümə edib çap da elədilər. Axı, nə olsun?” söylədim. Daha doğrusu Azərbaycan cəmiyyətinin Eldənizin kitabına, mənim yazılarıma susqun reaksiyasından narazılığımı bildirdim. Baxmayaraq ki, mətbuatımız bu baxımdan böyük canfəşanlıq etdi. Millət vəkili Qənirə Paşayeva “Erməni psixologiyası”nın türkcəyə tərcüməsinə nail oldu. Professor, millət vəkili Aytən Mustafayeva bu kitabı yüksək qiymətləndirib AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi əsərlər siyahısına daxil etdi. Bu yaxşı. Amma başa düşmədim. Azərbaycan cəmi bu iki nəfər vətənpərvər insandanmı ibarətdir? Bu sual məni çox narahat edirdi. Amma axır ki, içimizdəki bu boşluğun nə olduğunu dərindən anladım.

Əsgərliyə gedən övlada “bala, get Vətənini qoru. Torpaqlarımızı yağı düşməndən təmizlə” deyirik. Gündə yüz kərə “Gün o gün olsun ki...” söyləyirik. Beynəlxalq təşkilatlarda ağlımızla, siyasətimizlə üstünük. Bəs nəyimiz çatmır?

Hərbi təlimlərdə nişangah ürəkdir. Çünki düşməni başdan vurmaq hər adamın işi deyil. Baxmayaraq ki, nişangahda baş şəkli də var. Cəbhədə ermənini başından vurmaq isə qəhrəmanlıqdır. Bu, həm də müdafiə naziri Zakir Həsənovun uğuru sayılmalıdır. Çünki əsgərə gözəl hərbi təlim keçib. Əgər ordumuza ilə lap 1 milyard pul xərclənsə, bunun müqabilində lap 200 erməni əsgəri məhv edilsə... Hesablayın. 1 erməni cəsədi bizə neçəyə başa gəlir? Cəmi-cümlətanı 5 milyon manata.


Bəs Eldəniz Elgünün “Erməni psixologiyası” kitabını müxtəlif dillərə tərcümə elətdirsək, aşağısı 10-15 milyon tirajla çapına nail olsaq, çox yox 15 milyon manatımız xərclənəcək, ya yox. Əvəzində isə dünyada nə qədər erməninin iç üzünü acaçağıq. Cəmiyyətdə onların daxilinin, başındakılarının, ürəklərindəkilərin ifşasına nail olacağıq.

Zakir Həsənov, hörmətli generalımız, bəlkə bu cür partizan müharibəsinə də öz büdcənizdən pul ayırasınız? Axı, bu cür kitablar sizə kömək ola bilər. Axı sizin rəhbərlik etdiyiniz əsgərlərə güllə atan, öldürən ermənilərin beynini, ürəyini Zori Balayanın “Ocaq” kitabıyla yaralayıblar, zəbt ediblər. Onların tutduğu hər qarış Azərbaycan torpağı, öldürdükləri hər bir azərbaycanlı bu yaraların dərmanı, sadəcə məlhəmidir.

Onda biz niyə belə etmirik? Niyə erməninin vəhşi sifətiylə yanaşı, psixologiyasını da dünyaya faş etmirik? Demirik ki, “oxu Eldəniz Elgünün kitabını. Oxu ki, erməniylə evlənmə. Erməniyə ərə getmə. Erməniylə qonşu olma. Erməniylə dost olma. Erməniyə aldanma. Erməniyə yazığın gəlməsin. Ermənini meydanda tək qoy, dəstəkləmə!”. İlə biri 5 milyon manatdan 200 erməni öldürmək yaxşıdır, yoxsa cəmi 16 milyon xərcləyib onları təkləmək, qol-budaqlarını sındırmaq?

20 ildir ki, Azərbaycan əsgərinin əlinə silah verib səngərə göndəririk. “Xilas et Vətənini” deyirik. Büdcədən də orduya külli miqdarda pul ayırırıq. Amma bir qarış torpaq da geri ala bilməmişik. Erməni isə övladına kitab oxuyur, sadəcə kitab. Beynini, ürəyini yaralayıb bircə söz deyir: “Yaramızın dərmanı azərbaycanlı qanıdır. Get irəli, qalib erməni əsgəri! Həlak olsan da, başının, ürəyinin qiyməti 5 milyondur, bəlkə də lap çox”.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI