Aslan Kənan,
araşdırmaçı
Arxivdə Azərbaycan Yazıçılar Birliyinin sənədlərini araşdırarkən məlum olur ki, həmin ittifaqın orqanı olan, iki aydan bir 10 müəllif vərəqi həcmində “Qrakan Adrbecan” (Ədəbi Azərbaycan) ədəbi-bədii, nəzəri-tənqidi jurnalı dərc olunurmuş. 1932-ci ildən fəaliyyətdə olan, yarım əsrlik yol keçmiş bu jurnalın əsas məqsədi Azərbaycan ədəbiyyatının təbliğinə, ədəbi əlaqələrin möhkəmlənməsinə xidmət etməli idi. Bundan başqa respublikamızda vaxtilə sığınacaq verdiyimiz erməniləri İrəvanda məskunlaşan ermənilərə tanıtmalı idi. Bu sahədə jurnal respublikamızda fəaliyyət göstərən erməni yazıçılarının ilk yaradıcılıq tribunası və dayaq nöqtəsi oldu.
“Qrakan Adrbecan”ın dolğun, məzmunlu müasir dövrün tələblərinə cavab verən, zəngin və maraqlı nəşr edilməsi üçün respublikada geniş imkanlar yaradılıb, məskunlaşan ədəbi qüvvələrin inkişafı qayğısına qalıb, onların yazılarını vaxtaşırı dərc etməyi öz qarşısına başlıca vəzifə kimi qoyub. Jurnal ilk növbədə Azərbaycan yazıçılarının ən yaxşı əsərlərini erməni oxucularına təqdim etməlydi. Jurnal Azərbaycan ədəbiyyatını erməni dilində oxuculara çatdırmaq məqsədilə təşkil olunduğu üçün Azərbaycan yazıçılarına daha artıq yer ayırlmalı idi. Lakin bu sadaladığımız keyfiyyətlər jurnalda necə əksini tapıb? Jurnal fəaliyyəti dövründə hansı işlər görüb? Bu və digər məsələlər barədə jurnalın fəaliyyətinə nəzər salaq.
Jurnalın 1983-cü ildəki ikinci sayında - mart, aprel ayları olduğuna görə Novruz bayramı və o dövrdə Sovet Azərbaycanının 63 illiyi münasibəti ilə baş məqalə, tarixi hadisələrlə bağlı materiallara təsadüf olunmalı idi. Lakin jurnalda bunun tam əksinə olaraq erməni redaktorunun zəif bir “əsər”i çap olunub. Sual olunur, 96 səhifəlik bir jurnalın 41 səhifəsini petitlə əhatə edən bu “əsər”i dərc etməkdə məqsəd nə idi?
Jurnalın baş redaktoru Vladimir Abramyanın “Yoxuş” “əsər”ində açıq-aşkar yazılmasa da, təsvirlərə görə bilmək olar ki, hadisələr Bakıda cərəyan edir. “Əsər”in qəhrəmanı jurnalist Vartan istər redaksiyada, istərsə də şəhərdə, hətta kirayənişin olduğu yerlərdə bədxah adamlarla əhatə olunub. Görünür elə ona görə də jurnalistin ilk dəfə şəhərə gələn arvadı camaatdan ehtiyat edir, qorxur.
“Yazıçı”nın təsviri ilə desək: “... ilk dəfə şəhərin səkisinə ayağını qoymuş arvad nənəmin şalına bürələdiyi balasını qoynuna elə sıxmışdı ki, elə bil bu yad adamlardan biri uşağı onun əlindən qaçıracaqdı”.
Yazıda jurnalist Bakıda, Göygöldə, Moskvada, hətta Qazaxıstanda ancaq erməniyə təsadüf edir. “Yazıçı”nın Qazaxıstan şəhəri kimi qələmə verdiyi Türkmənistanın Bayraməli şəhərində təsadüf etdiyi qazaxlar da başlarında ağ çalma, stansiyada (halbuki aeroport olmalıdır) divarın dibində bardaş qurub yeni gəlmiş jurnalistə baxırmışlar. Onun təsadüf etdiyi vəzifə sahibi yalnız ermənidir. Müəllif “əsər”də Azərbaycanın məşhur Göygölünü “Qabuyd lic”, gölün ətrafındakı çeşməni də “Haykaz bulağı” adlandırıb. Qəribə burasıdır ki, V.Abramyan əxlaqsız hərəkətlərinə görə (hərçənd ki, bu millət üçün adi bir haldır) Abşeron xalq Məhkəməsinin qərarı ilə işdən qovulan Alina Vartanyan adlı fahişənin cızma-qaralarını Ermənistan Yazıçılar İttifaqının orqanı olan “Sovetakan qrakanutyun” jurnalına təqdim edib, orada çap etdirmişdi.
Jurnal başqa bir dələduz “şair”in 1915-ci il aprel qırğını abidəsinə həsr edilən “Qaranquş yuvası” yazısını da çap etməkdən həya etməyib. Həmin müəllifin “Yazıçı” nəşriyyatında çap edilən kitablarında millətçilik əhval-ruhiyyəsi tam şəkildə özünü göstərir. Həmin müəllifin mətnaltı demək istədiyi fikirlərə diqqət edək:
Sənə baxanda qoy məni hiss etsinlər
Mənə baxanda səni.
Mən və sən bir bütövlüyük
İki hissəyə bölünmüşük
Ah... Mən və sən bir ürək
Bir ev
İki yerə bölünmüş
Sənə baxanda qoy mənə ağlasınlar
Mənə baxanda sənə.
İlk baxışda güman etmək olar ki, lirik qəhrəman sevgilisinin, doğma ocağının həsrətindədir. Lakin kimsə onlara qarşı rəhimsizlik etmiş, onları ayırmışdı. Lakin diqqətlə oxuyanda, sonrakı hadisələr göstərir ki, bu məkrli niyyət hər bir zaman onların qara qəlbini deşirdi. Burada müəllif yuxarı Qarabağı İrəvanla birləşdirmək iddiasında idi, lirik qəhrəman torpaq xülyası ilə yaşayırdı.
Jurnal Azərbaycan yazıçılarının əsərlərini çox vaxt Ermənistan mətbuatında çap olunduqdan sonra dərc edirdi. Bu da onu göstərir ki, redaktor respublikanın əlaqədar təşkilatları ilə hesablaşmamış, İrəvandan gələn “səslər”ə cavab vermişdi.
“Qrakan Adrbecan” jurnalının 1984-cü ildə çıxmış 6-cı sayını nəzərdən keçirdikdə məlum olur ki, bizim əlaqədar təşkilatların maymaqlığından istifadə edərək redaktor İrəvandan gələn tapşırıqların öhdəsindən məharətlə gəlirmiş. Fikrimiz aydın olmaqdan ötrü aşağıdakı rəqəmlərə diqqət edək:
90 səhifə X 6 sayı = 540 səhifə
Bundan təxminən 220 səhifə azərbaycanlı yazıçılara, 300 səhifə isə erməni müəlliflərinə ayrılmışdı. İl ərzində isə jurnalda təqribən 150 müəllif, o cümlədən 58 azərbaycanlı, 88 erməni müəllifinin imzası görünmüşdü.
Çox maraqlıdır ki, professorlar Teymur Əhmədovun və Ramiz Əsgərin kəskin tənqidi yazılarından fərqli olaraq, professor Həmid Əliyevin yazısı insanda ikrah hissi doğurur.
Həmid Əliyevin yazısında jurnal haqqında yüksək fikirlər deməsi, məni heyrətə gətirdi. Belə qüsurlu, millətimizə, elmimizə ziyan vuran jurnala nə qədər mədhiyyələr deyərlər... Çox təəssüf. Belə ziyalılarımız hər şeyi ört-basdır edib, kreslolarını bərk saxladığı üçün, xalq bu cür ağır vəziyyətlə üz-üzə durur.