Modern.az

Rafiq Əliyev Lütfi Zadə haqqında şayiələrə aydınlıq gətirdi

Rafiq Əliyev Lütfi Zadə haqqında şayiələrə aydınlıq gətirdi

6 Aprel 2015, 11:50


Son zamanlar Azərbaycan əsilli alim, dünya elmində inqilabçılardan biri kimi tanınan Lütfi Zadənin səhhətinin pisləşməsi haqqında müəyyən ölkələrdə, həmçinin Azərbaycanın ziyalı elitasında  söhbətlər çoxalmaqdadır. Lütfi Zadə elmi irsinin varisi və hazırda onunla ən çox ünsiyyətdə olan Azərbaycan alimi professor Rafiq Əliyev Modern.az-a verdiyi açıqlamasında bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:

“Onunla az qala hər gün əlaqə saxlayıram. Həm özü, həm də həyat yoldaşı ilə danışırıq. Səhhəti hazırda yaxşıdır və deyilənlərə uyğun deyil. 94 yaşı olmasına baxmayaraq, bu gün də işləyir. Yaddaşına və diqqətinə söz ola bilməz. İstərdim bilinsin ki, Zadə bu gün də çalışır və səhhəti də buna imkan verir.”

Azərbaycanı dünya miqyasında tanıdan professor Rafiq Əliyev Lütfi Zadəyə ən yaxın olan bir şəxs kimi onun sağlamlığı ilə yaxından maraqlanır. Çox yaxında Rafiq Əliyevlə Lütfi Zadənin süni intellektə aid müştərək yazdıqları kitab çapdan çıxacaq.

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI