Modern.az

Xalq şairi Söhrab Tahirin səhhətindən xəbər var

Xalq şairi Söhrab Tahirin səhhətindən xəbər var

10 Aprel 2015, 10:58

Modern.az saytı xalq şairi, prezident təqaüdçüsü Söhrab Tahirin səhhəti ilə maraqlanıb. Uzun müddətdir ki, mətbuatdan, ictimai arenadan kənarlaşan güneyli şair hazırda səhhətindən çox şikayətlənir. Qəribə teleyə, nisgilli ömür yoluna malik olan xalq şairi bu gün diqqətdən kənardadır. 

Qeyd edək ki, ötən il müəyyən müddətdə xəstəxana şəraitində müalicə olunan və ağır diabet səbəbindən  iki ayaq barmağı amputassiya olunan 88 yaşlı xalq şairi hazırda hər şeyin yaxşı olduğunu qeyd edir:

“İndi çox yaxşıyam. Ancaq ev şəraitində yüngül müalicə alıram. Nə oldusa, hamısı ötən illərdə oldu. Hər şey artıq geridə qalıb. İndi səhhətimlə bağlı demək olar ki, bir şikayətim yoxdu”.


Elmin NURİ

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI