Modern.az

“Günahı olan qorxmasın…”

“Günahı olan qorxmasın…”

Ədəbiyyat

7 May 2015, 13:07


Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlının yeni kitabının imza günü və təqdimat mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” layihəsi çərçivəsində keçirilib.

Ələmdar Cabbarlının layihə çərçivəsində nəşr edilmiş “Günahı olan qorxmasın...” adlı kitabında müəllifin vətənpərvərlik ruhunda yazılmış şeirləri toplanıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Ələmdar Cabbarlının yaradıcılığı haqqında fikirlərini bildirib və və tədbiri aparmaq üçün sözü filologiya elmləri doktoru, professor Şirindil Alışanlıya verib. Professor Şirindil Alışanlı bildirib ki, şair Ələmdar Cabbarlının layihə çərçivəsində nəşr edilmiş kitabında toplanmış şeirlər vətənpərvərlik düşüncəsi ilə yazılmış poetik nümunələrdir və bu şeirlər gənclərimizdə milli-mənəvi ruhun formalaşması baxımından mühüm əhəmiyyətə malikdir.

Sonra Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun salamlarını tədbir iştirakçılarına çatdırıb və İctimai Birlik adından Ələmdar Cabbarlıya “Dədə Şəmşir” Diplomunu təqdim edib.

Daha sonra çıxış edənlər – professor Şahlar Əsgərov, yazıçı Seyran Səxavət, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, şair Adil Cəmil, ədəbiyyatşünaslar Qurban Bayramov, İlham Məmmədli, şair Oqtay Rza, şair Elşən Əzim və başqaları həyata keçirilən layihə və layihə çərçivəsində nəşr edilən kitab haqqında öz fikirlərini bölüşüblər.

Tədbirin sonunda şair Ələmdar Cabbarlı çıxış edərək belə bir layihənin həyata keçirilməsinə və layihə çərçivəsində kitabının nəşrinə görə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbərliyinə, bu layihəyə dəstək verən Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və eləcə də tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI