Modern.az

Anamın yanında basdırın məni

Anamın yanında basdırın məni

10 May 2015, 10:40

Anamın yanında basdırın məni
Tutum əllərindən...
Öpüm, qoxlayım.
Anamın yanında basdırın məni
Tutum əllərini, HEÇ BURAXMAYIM
Anamın yanında basdırın məni
Basdırın, duyum mən bəlkə ətrini...
Anamın yanında basdırın məni
Cəkim ciyərimə o gül ətrini
Anamın yanında basdırın məni
Deyim ürəyimdə qalan sözləri
Onun da dilində kəlmələri var...
Anamın yanında basdırın məni
Yenə şirin-şirin danışıb gülək
Anamın yanına aparın məni
Ona sevdiyimi deyəcəm yenə.
Onun saçlarına tumar çəkəcəm,
Onun gözlərindən öpəcəm yenə
Aparın, yanında basdırın məni
Anamın yanında basdırın məni

08.05.2015

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI