Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Tarixci-araşdırmaçı
2008-ci ilin fevral ayı... Yeravanda ASALA-nın növbəti qurultayında “Tufan əməliyyatı”nın içlasına bu terror təşkilatının liderlərindən biri olan Manvel də gəlib. İçlasda ASALA-nın 12 nəfər üzvü iştirak edir. Manvel iclas iştirakçılarının adlarını bir-bir sadalayır. Onların şəxsi işlərindəki neçənci ildən təşkilata üzv qəbul olunmaqları, indiyədək hansı xidmətlərinin olmaları haqda qeydləri və digər nüansları oxuyur. Siyahıda axırıncı adama xatırladır ki, onun ASALA üzvlüyünə namizədliyini erməni xüsusu xidmət orqanının sabiq zabiti, ASALA-nın ilk yaradıcılarından biri A.Akopyan irəli sürüb, onlar da qəbul edib. Sonra da əlavə edir: “Siz bir şeyi bilməlisiz ki, indi ASALA-ya üzv secilmək vaxtilə Sovet İtiifaqı Kommunist Partiyasına üzv olmaqdan qat-qat çətindir”.
ASALA (“Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu") adlanan bu təşkilatın adının abreviaturası ingiliscə "Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulmasından sonra yaradılıb. Təşkilatın qərargahı Livanın paytaxtı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycan Respublikasının Naxçıvan, Gürcüstan Respublikası ərazisi və Azərbaycanın Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti yaratmaqdir. Dənizdən-dənizə ideyasının müəllifi A.Akopyan 1 avqust 1980-ci ildə "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibəsində bildirmişdi: "Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir”.
ASALA liderlərindən olan Manvel söhbətinə davam edir: “Biz “Daşnaksütyun” partiyasının nizamnaməsindən bircə maddəni “oğurlamışıq”, ən uğurlu planlarımız da elə bu səbəbdən olub. Biz ASALA təşkilatı olaraq erməni xüsusi xidmət orqanları ilə birgə çalışmışıq. Ermənistanın gələcəyi naminə əsas planlarımızdan biri erməni dığalarını rus qızlarıyla və erməni axçilərini isə türk oğlanlarıyla evələndirmək olub. Sovetlər Birliyi zamanında bu işi daha aktiv həyata keçirməyə cəhd etmişik. Qızlarımızın turk oğlanlarına ərə verilməsiylə həm say artımına və həm də doğulacaq şəxslərdən bir zaman istifadə etmək məqsədilə gələcəyin işini bugündən qurmağa çalışmışıq. Bu cütlüklərdən yaranacaq uşaqlar vasitəsilə gələcəkdə daha çox məlumatlanmaq imkanımız olacaq. Bizdə olan məlumatlara görə, Azərbaycandakı axçilərin az bir qısmiylə əlaqə saxlaya bilirik. Amma 1991-92-ci illərdə onlar bizə daha çox kömək edə bilirdilər. İndi onların çoxu müxtəlif səbəblərdən bizimlə əlaqəni kəsib. Hətta onlar indi Ermənistandakı əqrəbalarıyla elə də sıx əlaqə yaratmır, bəzən heç maraqlanmırlar da. Bax bütün bu deyilənlər sabahkı toplantımızda əsas mövzu olacaq. Bu haqda bilgisi olanlar həmin içlasda iştirak edərək məlumat verə bilər”.
Manvel üzünü Masisə tutaraq bildirir ki, “Tufan əməliyyatı” 1979-ci ildən ona həvalə olunub.
”Sən isə həmin ildə Ermənistan xüsusi xidmət orqanlarının kapitanı vəzifəsində çalışırdın. Polkovnik rütbəsiylə təqaüdə cıxdın. Həmin polkovnk rütbəsini məhz ASALA-dakı fəaliyyətinə görə aldın. Buyur, indi səni dinləyirik”.
Masis mərüzəyə edir:
”Mən 1976-cı ildə ASALA-nın üzvü oldum. Həmin təşkilatdan ilk tapşırığı 1979-cu ildə aldım. Onda hələ kapitan rütbəsində idim. 1979-cu ildə Yerevandan Tiflisə getdim. Onda Tiflisdə tibb bacısı işləyən Suranı kabinetimə gətirdim. Onunla söhbətimiz oldu. Ona Ermənistan kəşfiyyat orqanları ilə əməkdaşlıq edəcəyini bildirdim. Daha sonra ailə üzvləri haqda danışdıq. O isə mənə dedi ki, “baxır siz hansı tapşırığı verəcəksiniz, öhdəsindən gələ biləcəyim bir işmi olacaq?”.
Mən ona bildirdim ki, yeni doğlmuş bir gürcü uşağını bir erməni uşağıyla və bir azərbaycanlı uşağını yenə erməni uşağıyla elə işlədiyin xəstəxanada dəyişdirəcəksən. Suran gülümsəyərək “siz zarafat edirsiz?” deyə soruşdu, sonra da “uşaq dəyişmək nə demək. Siz xüsusi xidmət orqanının zabitisiz, amma kolxoz bazarında toyuq satan kimi danışırsınız, yeni dünyaya gəlmiş körpələr toyuq cücələri deyil ey” dedi. Elə söhbətin bu mübahisəli yerində sürücüm qapını döyüb içəri girdi. Əlində iki ədəd çıraq lampası var idi. Onları göstərərək mənə bildirdi ki “baxın, bu çıraq lampasının biri fakturada 9 qəpik qiymətindədir, amma mağaza işçisi Deron məndən 50 qəpik aldı”. Mən sürücüyə “Gedə bilərsən!” dedim. Baxdım ki, Suranın rəngi qaçıb. Oğluna görə - Deron onun oğlu idi - narahat olmuşdu.
Hər şey plan üzrə gedirdi. Mən Şurana xatırlatdım ki, onun oğlunun 9 qəpiklik çıraq lampasını 50 qəpiyə satması haqda akt yazılacaq və cinayət məsuliyyətinə cəlb olunacaq, Deronu hardasa 7 il müddətinədək həbs gözləyir. Onda Şuran əl-ayağa düşüb, yalvarmağa başladı. Dedi ki, öz şəxsi qabiliyyətinə, bacarığına görə oğlunu təzəcə müdir təyin ediblər, onu bu işlərə qatmayaq. Ona bildirdim ki, oğlu oraya özbaşına gəlməyib, onu mən təyin etdirmişəm. Onu da bildirdim ki, “səni də ASALA-ya üzv qəbul edəcəyik, bu şansı əldən vermə. Əks halda, bütün ailənin təhlükəsizliyinə təminat olmayacaq. Bilmirsiniz, ASALA-nın nizamnaməsində qeyd olunur ki, bu təşkilatdan köməyini əsirgəyən hər kəsi ölüm hökmü gözləyir?”.
Suran mənə dedi ki, Tiflisdə Nadya adlı erməni qadın işləyir. Qoymadım sözünün ardını danışmağa. Dedim ki, onu özüm tanıyıram, boşboğazın biridir. Çənəsi boş dayanan deyil, harda nə gəldi danışır. “ASALA-ya səni kimi ciddi adamlar lazımdır. Bu təşkilatın öz qaydaları var, sirləri var. Elə sirlər ki, onu heç kim bilməməlidir, üzvlərdən başqa. Hətta elə şeylər var, 20 il, lap 30 il də keçəndən sonra hardasa qadağan olunmuş nələrisə danışdın, demək məhv oldun”.
Suranın dodağı qurumuşdu. Bir stəkan su verdim içdi. Ona dedim ki, özünü ələ alsın. Söylədim ki, “ASALA hər yerdə hər zaman səni və ailəni qoruyacaq. Bütün təhlükələrdən uzaq olacaqsan, yetər ki, bu şansı əldən buraxmayasan. Bu sənin gələcək taleyini müəyyənləşdirən yeganə imkandır”.
O isə “məndən daha heç nə istəməyəcəksiniz ki?” deyə soruşdu. Bildirdim ki, burda göstərişləri mən yox, ASALA verir. Elə təşkilatın da göstərişi cəmi iki uşağın dəyişdirilməsilə bağlıdır.
Suran soruşdu: “Tutaq ki, bu uşaqları dıyişdirdim, sonra nə olacaq?”.
Bildirdim ki, “sən o iki uşağı dəyişdirəcəksən. Onlar böyüyəcək. Bilirsən, bizim torpaqlarımızın bir hissəsi Turkiyədə, bir hissəsi Azərbaycanda, bir hissəsi Gürcüstanda, bir hissəsi İranda qalıb. Gələcəkdə SSRİ-nin dağılması planları var. O vaxt xüsusi hazırlıqlar əsasında ortalıq qarışacaq, xaos yaranacaq, bir-birinə bağlı əlaqələr qırılacaq və biz də, əlbəttə bundan istifadə edərək Böyük Ermənistan yaratmağa şans əldə edəcəyik. Bax onda o usaqlarin iş görən vaxtı yetişəcək. Onların pasportunda gürcü, azərbaycanlı yazılsa da, qanı öz qanımız olduğundan özümüzə xidmət edəcəklər”.
Suran sorusdu ki, “siz hardan biləcəksiniz ki, mən uşaqları həqiqətən dəyişdirdim?”. Dedim o da bizim nəzarətimizlə baş tutacaq. Həm də uşaqları özümüz müəyyən edəcəyik, kimin uşağını dəyişdirməyi biz deyəcəyik. Onda Suran əlacsız halda razılaşmaqdan savayı yolu olmadığını anladı. Və beləliklə, təkliflərimlə razılaşmalı oldu. - Hələ isində ol, - dedim, - bir aydan sonra səni Marneuli rayonundakı Doğum evinə işə götürdürəcəyik. Altı ay ərzində xəstəxanadakı kollektivi yaxından tanımağla məşğul olacaqsan. O müddət keçsin, mən özüm sənin yanına gələcəm, qalan məsələləri sonra həll edəcəyik. Hələ ki get işinlə məşğul ol.
Şuran ayağa qalxdı. Getmək istəyəndə gözü stolun üstə qoyulmuş çıraq lapmalarına sataşdı. Üzümə baxdı. Durub lampaları ona uzatdım: - Götür, - dedim, - arxayın ol, oğluna heç kim ilişməyəcək. Hər zaman mənim nəzarətimdə olacaqsınız.
Suran başıyla razılığını bildirərək, lampaları götürüb otaqdan çıxdı.
Bir müddət keçdi. Hər zaman qayda üzrə nəzarətimdə olan bu işlərlə məşğul idim və əməliyyat haqda yaxşı planlar hazırlamaqda idim. Nəhayət həmin vaxtyetişdi. Mən Marneulidəki Doğum evinə gəldim. Suran planlaşdırılan müddətdən orada “iş” başındaydı. Onunla görüşdüm. Əyləşib söhbət etdik, ümumi məlumat aldım. Bir müddət keçdikdən sonra xəstəxanaya yerləşdirilən azərbaycanlı qadınların siyahısını aldım. Baxdıq.
1980-ci ildə Doğum evinə Marneuli rayonu Daştəpə kəndindən müəllim ailəsindən olan bir qadın gətirdilər. Maraqlandım ki, o ailə Daştəpə kəndində tanınmıs nəsildəndir. Həmin vaxt xəstəxanada bir erməni qadın da var idi. Familiyası Nazaryan idi, Dilicandan gəlmişdi. Onun doğum vaxtı azərbaycanlı qadının vaxtıyla təxminlə üst-üstə düşürdü.
Beləcə, mənim göstərişimlə Suran o qadınların doğduqları uşaqları dəyişdirmək əməliyyatını yerinə yetirdi. Daştəpəli azərbaycanlı ailəsinə verilən erməni uşağının adını Fərda qoydular. Tabeliyimdəki adamlar vasitəsilə həmin uşaq mütamadi olaraq izlənməyə başladı. Dilicanlı erməni ailəsinə verilən azərbaycanlı uşağın adını Nazaryanlar ailəsi Rantiq qodular. ASALA-nın göstərişiylə Rantiq də ciddi nəzarətə alındı. O, gələcəkdə hərbçi olmalıydı. Müharibə baş verəcəyi təqdirdə Rantiqdən azərbaycanlılara qarşı istifadə olunacaqdı.
O zaman Nazaryanlar ailəsi cox kasıb yaşayırdı. Ailəyə mənim vasitəm və göstərişimlə yardım edilirdi. Sosaal durumu get-gedə yaxşılaşan bu ailədə gələcəyin casusu böyüyürdü.
Daştəpəli azərbaycanlılara verilən milliyətcə erməni Fərda 8-cinifdə oxuyan ərəfədə mən təqaüdə çıxdım. Yerimə Dikran təyin edildi. “Fırtına əməliyyatı”nın arxivini Dikrana təhvil verdm. Bundan sonraki iki ildə əlaqədə olduğum adamlarla onu tanış edirdim. Fərdanın 1-ci sinifdən ta 8-ci sinfədək oxduğu müddətdə çəkilən bütün şəkillərini Dikrana verdim. Onu həmin dövr üzrə görülən işərlə ətraflı tanış etdim.
Erməni tibb bacısı Suran SSRİ dağılandan sönra ailəsiylə brlikdə Rusiyanın Krasnodar vilayətinə koçdü. Amma o, həmin əməliyyatımız haqda və başqa sirlərimiz barədə sonralar da heç yerdə heç kimə heç nə danışmadı. ASALA-nın nizamnaməsinin və qaydalarının tələblərinə əməl etdi.
İndi də Dikranla əlaqə saxlayıram. Bir çətinliyi olunca təcrübəmdən yararlanmasına şərait yaradıram. Hə, “Fırtına əməliyyatı” beləcə, uğurlu alındı. Bunları demək isəyirdim”.
Masis sözünü bitirib Manvelin üzünə baxdı...
ASALA-nın liderlərindən biri olan Beyrutdan gəlmiş Manvel isə uca səslə qışqırdı:
- Sən buna uğurlu əməliyyat deyirsən? Mənsə əksinə, buna uğursuz əməliyyat deyərdim. ASALA da bəzən səhvlərə yol verir. Əsas da təşkilati məsələlərdə. Bu təşkilat səni erməni xüsusi xidmət orqanının rəisi vəzifəsinə təyin edəndə, sənə polkovnik rütbəsi verəndə səhv edib. Sən “Fırtına əməliyyatı” tədbirinin gedişatını heç nə eləmisən. ASALA-nın pullarını 29 il ərzində boş yerə xərcləmisən. Bu təşkilatın sənə ayırdığı təqaüd elə bu gündən kəsilir.
Masis çaşıb qalmışdı. O, handan-hana dilləndi:
- Axı işlərimdə səhvə yol vermədiyimi sanıram, nə üçün məni cəzalandırırsınız?
Manyel:
- Sən çox böyük səhvlərə yol vermisən. Türk ailəsinə verdiyin erməni uşağı məsələsində. Nazaryan ailəsi kimdir? Atası Dilicanda fəhlə, donuza baxandı. Yay aylarında Tiflisə gedir, oradakı donuz fermalarında fəhlə işləyir. Təsəvvür elə, donuzabaxanın uşağını Daştəpə kəndində ziyalı – başçısı müəllim olan türk ailəsində yerləşdirmisən. Təhsili yarımçıq qoyan Fərda heç hərbi xidmət də keçməyib. Fərdanın babası və qohumları Daştəpə kəndinin əsasını qoyanlardandır. Axırı nə oldu?.. Fərdanın “atası” Əsəd Qədirov Daştəpə kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib. O dərs dediyi şagirdlərə Azərbaycan dili və ədəbiyyatını öyrədirdi. Amma oğlu hesab etdiyi Fərdanı öyrədə bilmirdi. O “oğlunu” savadsız biri hesab edərək, məktəbdən çıxarmalı olub. Fərda təhsilinin qalan hissəsini qonşu Şulaveri kəndində alıb. Amma ASALA-nın tapşırığı o idi ki, ziyalı ailəsində erməni uşağı yerləşdirilsin və o, Azərbaycanda təhsil alaraq, gələcəkdə vəzifə sahibi olsun, bugunkü gün – bu müharibə getdiyi bir vaxtda öz xalqına köməyi dəysin.
1980-ci ildə “Tufan əməliyyatı” başlanarkən müharibə yox idi. Bu gün üçün lazım idi ki, Fərda öz xalqına gərəkli məlumatlar ötürsün. Siz neylədiniz?! Donuza baxanın övladını dəyişdirib bacarıqsız fərsiz biri elədiniz. Anlamadınız ki, donuza baxanın övladı da donuza baxan olacaq da. İndi bildin yəqin səhvlərini, hələ bir uğur qazandığını hesab edirsən.
Manvel danışdıqca əsəbləşirdi və nəhayət Masisin üstünə qışqırıb onu otaqdan qovdu. Dikranı ayağa qaldıraraq ətraflı mərüzə etməsini istədi.
Dikran “Fırtına əməliyyatı”, bu əməliyyatda istifsdə olunan sənədlər və vəsaitlər, əlaqələndirici adamlar, onların şəxsyyəti və fəaliyyəti haqda məlumat verməyə başladı:
Ardı var