Modern.az

Diri-diri yanan körpələrin ürəkdağlayan xatirəsinə

Diri-diri yanan körpələrin ürəkdağlayan xatirəsinə

22 May 2015, 13:47


Könül AYDIN Nəhmətova

İndi kimə danışım bu nağılı?..

Özün üçün uydurdun məni, dünyamı nağıla döndərdin, ATA...

Hər axşam nağıl istədi məndən uyumaq üçün.

İlk nağıl qəhrəmanım İBTİDAİ İNSAN oldu:

 “...Onun adı İbtidai İnsan idi. Amma özü də bilmirdi adını, Haradan biləydi? Nitqi yox idi ki... Bunu nağılbaz Tarix uydurdu özündən.

İbtidai İnsanın ömrü uzun olmur, ATA... Ardıyca qaçıb ovlamaq istədiyi VƏHŞİ HEYVANLAR ovladılar onu...

Bu da sənə nağıl, ATA! Laylay, gözəl atam, laylay...”

Məni düşündürmək istədiyi üçün qisas alırdım ondan sanki, özü də acı-acı, övlad kimi deyil, düşmən kimi...

Qaşları dolu yağdıracaq bulud kimi gəldi ağ üzünə. Qapqara tutuldu göy üzü sanki. Amma yağdırmadı. Enli kürəyini çevirdi mənə. Bir dəfə çaxdı, dağ başında şimşəklər çaxdı gözüm önündə:

- Yox! Bu nağıl omadı, qızım. Bu, həyatın ən acı gerçəyidir. Bir daha dilinə gətirməyi qadağan edirəm sənə!

Nağılbaz atam, özün istəmədinmi hər axşam həyat nağıllarımı məndən. Amma mən tarix dərsimi də nağıl kimi oxudum sənin üçün.

Qədim dünyanın “təqribi” tarixləri bitdi. Keçdik gerçəklərə: Filan ildə filan yerdə filan hadisə oldu. Başladı gerçək nağıllar...  Amma İbtidai İnsan tarixin yeganə gerçəyi idi, yürüdü tarix boyunca:

“Erməni” adlı mif uydurdu Tarix onun üçün, “Atəşkəs” bitməz  kabusu oldu xəyallarının... “Təbii qaz” süni ölüm kimi hücum etdi hər qış evinə... İndi də bu “PENOPLAST FACİƏSİ”...

Sən də uyudun...

Sən məni uydurdun özün üçün nağıl kimi... Bala olmadım sənə, öz başıma da bəla oldum...

İndi bu nağılı kimə danışım, ATA?

Laylay... Atam, laylay...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI