Modern.az

ASALA-nın azərbaycanlılarla bağlı “Tufan əməliyyatı” - II HİSSƏ

ASALA-nın azərbaycanlılarla bağlı “Tufan əməliyyatı” - II HİSSƏ

23 May 2015, 00:07

Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Tarixci-araşdırmaçı


Əvvəli burada

Manvel danışdıqca əsəbləşirdi və nəhayət Masisin üstünə qışqırıb onu otaqdan qovdu. Dikranı ayağa qaldıraraq ətraflı mərüzə etməsini istədi.
Dikran “Fırtına əməliyyatı”, bu əməliyyatda istifsdə olunan sənədlər və vəsaitlər, əlaqələndirici adamlar, onların şəxsyyəti və fəaliyyəti haqda məlumat verməyə başladı:

“Mən yenicə işə başlamışdım. Araşdırmalara da elə o vaxtdan başladım. Fərdanın ailəsi 90-ci illərdə yaşayış yerini tərk edib. Gedəndə evlərini və bağ-bağçalarını qonşuları Telman adlı kişiyə tapşırıblar. Fərda Qədirov gənclik dövrünü Rusiyanın Podolsk şəhərində keçirib. Mən tabeliyimdə olan adamlardan ikisinə tapsırıq verərək, həmin şəhərə göndərdim. Onlar daim Fərdanı izləyərək mənə mərüzə edirdilər. Fərda 20 yaşında olarkən yaxınlıq etdiyi dostları milliyyətcə özümüzünkülərdən olub. Bu mənim diqqətimi cəlb etməyə bilməzdi. Onu da deyim ki, Fərdanın aləsi heç də pis yaşamayıblar, imkanlı olublar. Amma buna baxmayaraq, Fərda dostluq etdiyi erməni uşaqlarına işləmək üçün donuz ferması haqqında maraqlandığını bildirib.

Onu yaxınlıqda yerləşən bir erməni şirkətinə işə düzəltdik. 2001-ci ilə onunla bir mənzildə görüşdük. Bir xeyli söhbət elədik. Ümumi təəssürütlarını öyrənmək üçün ilkin olaraq bu vacib idi. Daha sonra arxiv qovluğunu qabağına qoydum. Onun 1-ci sinifdən ta 8-ci sinfədək olan dövrdə özündən xəbərsiz çəkilmiş şəkilləri həmin qovluqda idi. Baxdı. Bir az həyəcanlı, bir qədər də təşviş içində idi. Şəkilləri təbii ki, ilk dəfə görürdü. Hər şəklə baxdıqca, özünü unudur, başını qaldırıb üzümə baxır, yenidən davam edirdi. O, şəkillərə baxdığca mən ara-sıra məlumat verirdim. Nəhayət gəldik söhbətin üzərinə. Onun bir erməni uşağı olduğunu, türk uşağıyla dəyişdirildiyini, bacı-qardaşının olduğunu xəbər verdim. Söhbətimiz təxminən üç saat çəkdi. Ona öz mənsub olduğu xalqı haqda, ona necə köməyi dəyə bilər, bu nə üçün lazımdır və s. haqda qısa təəssürat yaratmaq üçün danısdım. Daha sonra Fərdaya: - Sən qal şəkillərə bax, mən gedim, sabah gələcəm, - dedim. Onu mənzildə qoyub çıxdım.  

Amma Fərdaya elə gəlirdi mən oranı tərk etdim. Uzaqdan müşahidə aparmağa başladım. Düşünürdüm ki, yəqin şəkilləri də götürüb oranı tərk etməyə qərar verər. Amma elə olmadı. Səhərədək elə şəkilləri cək-çevir elədi, baxdı, düşündü...

Səhər dediyim vaxt yanına gəldim. Kefini sorusdum. Çox fikirli idi. Görünür, az-maz təəssüratı olduğu ailəsini düşünürdü. Onu yoxlamaq üçü dedim: - Hə, qoçaq, elə bildim sənədləri də götürüb aradan çıxarsan. Afərin sənə.
Fərda gözlədiyimdən də yaxş cavab verdi: - Hara gedim... Mən erməniyəmsə, çıxıb getmək öz xalqını satmaq deyilmi?! Heç nəyə baxmadan özümüzünkülərə xidmət etməyə hazıram.
Ata-anasıyla, qardaş-bacısıyla yaxından maraqlandı. Artıq dəqiq məlmat verməyin vaxtı idi, bildirdim ki, atası Xariton 1990-cı ildə ölüb, anası, bacısı, qardaşı isə Dilicanda yaşayır.

”Bir nəfər də var – səninlə dəyişdirilən. Ona sənin ailən baxıb, o evin ab-havasında böyüyüb. O da qardaşın sayılır. İndi hərbçidir” - dedim.
Hiss etdim ki, Fərda sanki darıxdı. Gerçək anasını görmək istədiyini bildirdi.                 

Fərdaya pasport düzəltdirdim. Yenicə aldığı, erməni ad-familiyası yazılmış bu pasportla Dilicana gəldik. Yol boyu ona “kimliyini”, necə davranacağını başa saldım, dəfələrlə öz aramızda təcrübədən keçirdik. Söyədim ki, anası onun əslində kim olduğunu bilməməlidir. Oan izah etdim: “Deyəçəksən ki, “Xariton 80-cı ildə Tiflisdə fəhə işləyərkən anamla tanış olublar, sonra mən doğulmuşam””. Fərda soruşdu ki, “bəs anam məni necə qəbul edəcək?”. Mən bir yüzlük dollar “paçka”sı verdim, dedim ailən çox kasıb yaşayır. Pulu görüncə, səni heç buraxmayacaqlar. Onlara indi bu pul hava-su kimi gərəkdir. 

Beləliklə, biz Dilicana gəldik. Fərda ailəsini gördü. Onu ailəyə təqdim etdim. Anasıyla, bacısıyla və qardaşıyla görüşdü. Təbii ki, yad kimi görüşdülər. Mən izahat verərək bildirdim ki, Xariton Tiflisdə isləyərkən bir qadınla tanış olub. O ünsiyyət sonra qeyri-rəsmi ailə qurmağa qədər aparıb. Oğulları olub. Sonra Xariton gəlməyib. Bu oğlana anası hər şeyi danışıb. İndi sizinlə görüşməyə fürsət tapıb. Bir-birinizə yaxın olun, özünüzə sahib çıxın. 

Bu ucqar dağ kəndində yaşayan Nazaryanlar ailəsi olduqca kasıb yaşayırdılar. Onsuz da problem başlarından yağırdı. Bir də bu ailə başçısı haqda deyilənlər qadını yerindən oynatdı. O əsəbi halda:
- Ola bilməz! Xaritonun ikinci ailəsi olsa, mən bilərdim, ya davranışından hiss edərdim. Həm də ki, o bir arvadı heç saxlayammırdı, ikincini necə saxlayacaqdı, özü də hələ üstəlik uşağı da olsun, - dedi, - yalandır, elə şey ola bilməz.
Mən onu saktləşdirməyə çalışdım: - Elə düşünməyin, siz bu oğlana ana sayılmasaydınız, bunlar onun qardaş-bacısı olmasaydı, bu kasıb ailəni tapıb, kömək etmək istəməzdi ki. Onun yaxsı imkanları var, özü də ehtiyac üçün gəlməyib, atasının yadıgarlarına sahib çıxmağa gəlib, - dedim.

Qadının kefi açıldı, irəli yeriyib yenidən Fərdayla görüşərək: - Sağ ol bala, mənə də ana deyə bilərsən, bunlar da sənin bacı-qardaşın. Bir qardaşın da hərbçidir, adı Rantiqdir. Sağlıq olsun onunla da görüşərsən.
Əyləşdik. Fərda yolda danışdığımız kimi elədi: çantasında olan bir “paçka” dolları anasına verdi. Qadın sevincindən bilmədi neynəsin. Heç vaxt bu qədər pul görməyən ana özünü az qala itirmişdi. Dərdi açıldı: - Nə gizlədim, elə vaxt olub quru çörək belə, olmayıb evimizdə, rəzil kökündə yaşamışıq. Sən Xaritonun oğlusansa, gətirdiyin pulu onun ailəsinin ehtiyaclarına xərcləyərik.

Amma sanki gözlərinə inanmırdı. Odur ki, təkrarən: - İndi yəni bu pul bizimdir? – deyə soruşdu. Fərda isə: - Bəli, sizindir, xərcləyin, fürsət tapıb yenə gələcəm, sizi darda qalmağa, çətinlik çəkməyə qoymayacam, yenə köməklik göstərəcəyəm, - deyə bildirdi.    

Mən Yerevana qayıtmışdım. İş qrafikim çox sıx idi. Danışdığımız kimi, Fərda 10 gün Nazaryan ailəsində qaldı. Sonra mənə zəng etdi. Görüşdük. Yeni planlar barədə danışdıq. Fərda üçün öyrənməli çox şey var idi. Onu psixoloji hazırlamalıydım. Türklərə qarşı kəskin  nifrət yaratmalıydım onda. Odur ki, onu plan üzrə erməni tarixçiləriylə görüşdürdüm. Onlar Fərdaya erməni tarıxıni öyrədir, türklərlə olan münasibətlər haqda məlumat verirdilər. Bu məlumarların əksəriyyəti türklərin erməniərə qarsı apardığı siyasətdən, soyrırımı məsələsindən, türklərin erməni muzeylərini və bir sıra tarixi abidələrini necə dağıtmasından bəhs edirdi. Mən özüm Fərdanı bir çox yerlərdə, o cümlədən İrəvan təpələrində, Tsinsenakaberddə və bir çox yerlərdə gəzdirərək, erməni tarixini mənimsətdim.

Gürcüstan pasportunda milliyyəti azərbaycanlı kimi göstərilən Qədirov Fərda Əsəd oğlu, Ermənistan pasportunda isə milliyyəti erməni kimi göstərilən Nazaryan Rantıq Xaritonoviç indi də bizimlə əməkdaşlıq edir. Təşkilatın verdiyi tapşırıqları layiqincə və bacarıqla yerinə yetirən Fərda artıq 7 ildir ki, Ermənistan vətəndaşlığı pasportu ilə Yerevana giriş-çıxış edir.  

Azərbaycanlı ailəsi Fərdanın Rusiyanın Podolsk şəhərində yaşadığını zənn etsə də, o çox vaxt Dilicanda öz ailəsinin yanında olur. Hər an bizdən zəng gözləyir, gərək olan tapşırığı yerinə yetirmək üçün hazır vəziyyətdədi”.  

Beyrutdan gəlmiş ASALA lideri Manyel Dikrana söylədi:
- Sənə yetərincə qulaq asdım. Amma gəldiyim qənaət budur ki, o bizə, bizim planlarımıza yarasız biridir. Onu biz ancaq torpedo kmi istifadə edə bilərik.

Manvel ASALA-nn digər üzvü hərbçi Karonu qaldırdı və erməniləşdirilmiş türk uşağı Rantiq Nazaryanla bağlı mərüzə etməsini istədi.                                                 

Karon:
- Rantiq hərbi xidmətə çağrılandan bu günədək mənim nəzarətimdədir. O məcburi hərbi xidməti başa vurduqdan sonra kursa gondərildi, bir hərbçi kimi püxtləşdi. Elə o vaxtdan Qarabağda xidmət edir. Hər an onu nəzarətdə saxlayıram. Əsir düşmüş türklərə qarşı işgəncə vermir, növbədə olarkən bəzi əsirlərə su verilməsi qadağan olunsa da, əsirlərə su verir. Bu kimi halların dəfələrlə şahidi olmuşuq.                                       

Manvel:
- Bu zalda əyləşənlərin 12 nəfərindən cəmi 3 nəfəri mənim ad-familiyamı bilir. 12 nəfər ASALA üzvündən cəmi 3 nəfərin işindən razıyam. onlardan biri Tbilisidə taksi sürücüsü işləyən 1961-ci ildə anadan olmuş, milliyyətcə erməni (amma hər yerdə özünü gürcü kimi qələmə verən) Qriqoryan Sergey Yeqoroviçdir.            

Sənə tapşırılan əməliyyatları uğurla yerinə yetirmisən. “Fırtına əməliyyatı”nı da sənə həvalə edirəm. Bu əməliyyatla Gürcüstan Respublikası ərazisində sən məşğul olacaqsaan. Fərda bizim etimadımızı doğrultmadı. İşlər onunla biz düşündüyümüz və  planlaşdırdığımız kimi alınmadı. Onu torpedo kimi istifadə etmək üçün Bakıya göndərin, ya metro stansiyalarında, qatarlarında, ya da təhsil müəssisələrinin birində terror əməliyyatı həyata keçirsin. Bütün əməliyyatlar heç bir iz buraxlmadan icra olunmalıdır.
Manvel daha sonra Dikrana baxaraq: - Fərda üçün artıq vaxt aparmağa dəyməz. Təşkilatın pullarını havayıdan göyə sovurmayın. Onu hazırlayıb göndərin getsin, - dedi.     

Hərbi komandir Karon soruşdu: - Bəs Fərdayla dəyişdirilmiş türkə qarşı nə göstəriş verirsiniz?

Manvel: - Növbəti atışmada türklərin üstünə göndərin. Döyüşdən sağ çıxsa, özünüz öldürün. Fərdanı da başa salın ki, onunla dəyişdirilmiş əslən türk olan Rantq Nazaryan Qarabağ döyüşlərində öləcək. Gələcəkdə məktəblər, bir sıra önəmli obyektlər onun adını daşıyacaq. Əslində, onlar Fərdanın adı olacaq. O da Bakıda keçirəcəyi terrorla adını tarixə yazdıracaq, erməni xalqına şərəflə xidmət etmiş olacaq. Əfsanəvi qəhrəman olacaq, Fərda elə Rantiq Nazaryan kimi qəbul ediləcək. Erməni xüsusi xidmət orqanları bu işdə lazım olan nə varsa, edəcəklər. Qarabağda öldürüləcək donuza baxanın adına isə heç nə olmayacaq, sadəcə onu həvəsləndirəcəksiz, heyf ona xərclənən pullardan!

Manvel: - ASALA-ya ən ağır zərbə 29 iyun 1992-ci ildə  “Arabo” taboru - Manvel Eqizaryan tərəfindən idarə olunan Suriya, Livan, Fransa, ABŞ və Sovet-Əfqanıstan döyüşçülərindən ibarət taborunu Azərbycan Ordusunun məhv etməsi oldu. O zaman “Arabo” taboru ASALA-nın, eləcə də Ermənisatanın onurğa sütünü hesab olunurdu.

İkinci ən ağır zərbə 12 iyun 1993-cü ildə Xocavənd  rayonunda Monte Melkonyan Avonun ölümü idi. O, ASALA-nın tarixində erməni xalqının nələrə qadir olduğunu göstərdi. Montenin qardaşı Markar Melkonyan "Mənim qardaşımın yolu" kitabında hər seyi aciqlayb. Markar Melkonyan Amerikada yaratdığı fonda ən cox pul toplayan, yardim edənlərdəndir ASALA-ya.

 Bizim, ümumiyyətlə bütün Ermənistanın üçüncü ən uğursuz məğlubiyyəti isə Heydər Əliyevin hakimiyyətə gəlişi olub. Biz 1992-ci ildə qələbəmizi qeyd edirdik, belə ki, Azərbaycanın beş yerə parçalanmasına nail olmusduq. Amma son dönəmdə Heydər Əliyevin gəlişiylə bütün arzu və  planlarmız alt-üst oldu. Biz Azərbaycanda yaranan qarsıdurmadan yetərincə istifadə etdik. Təəssüf ki, indi bugünkü Azərbaycan bizi, necə deyərlər, qarısqa kimi əzməyə qadirdir. Biz bu düşmən ölkədə müxtəlif yollarla növbəti qarışıqlıq və qarşıdurma yaratmaq barədə planlar hazırlamalı, bunun üçün  bütün əlaqələrimzdən və imkanlarımızdan maksimum istifadə etməliyik. Sabahkı toplantıda bu və digər görəcəyimiz işlər barədə söhbət açacağıq.

Beləcə, söhbət başa çatdı.  

Manvel: - Saat 12-də başladıq, indi saat 12-dir, - dedi, - mənim hələ qarşıda görüləcək çox işlərim var. Hamınız azadsız!
O, nəzərdə tutduğu üç nəfəri saxladı, onlarla bir saatadək xüsusi söhbət aparıb, sonra getdi.  

Dikran Yerevanda Fərda ilə görüşdü. Onu erməni xalqının gələcək əfsanəvi qəhrəmanı kimi həvəsləndirərək, psoxoloji cəhətdən hazırlamağa başladı. Bildirdi ki, o öz xalqının gələcəyi naminə canından keçənlərdən biri olacaq, adına kücələr, obyektlər qoyulacaq, ailəsi isə həmişəlik himayəyə götürülərək, daim dövlət nəzarətində saxlanacaq. Bu sarıdan ona erməni tarixındən misallar çəkdi, həvəsləndirdi, tam hazırlıq üçün gərək olanları söylədi. Və tapşırıqlarını verdi:
- Gedəcəksən Rusyanın Podolsk şəhərinə, orda Ermənistan pasportunu bizim bu islə məşğul olan nümayənədlərə təhvil verəcəksən, valideyinlərinlə görüşəcəksən. Onlara deyəcəksən ki, sən Bakıda neft şirkətində yüksək maaslı işə götürüləcəksən. Vidalaşıb ayrılacaqsan. Tbilisiyə gələcəksən. Orada Gürcüstan vətəndaşı Qriqoryan Sergey Yeqoroviçlə görüşəcəksən. Sonra bu görüşünüz mütəmadi olacaq. Sənin istəklərini o qarşılayacaq. Bu haqda mən məlumatlandırılacam.

Dikran Fərdanı Sergey Yeqoroviçlə tanış etdi. Sonra onu Rusiyaya yola saldı.  

Fərda Podolsk şəhərinə gəldi. Tapşırığa uyğun olaraq ailəsiylə görüşüb ayrıldı. O, 2008-ci ilin oktyabrında Fərda Qədirov adıyla Rusiyadan Gürcüstandakı Daştəpə kəndinə qayıtdı. Orada, 15 il Rusiyada yaşamış taksi sürücüsü Sergeylə görüşdü. Sergey ASALA-nın fəal və bacarıqlı üzvlərindən biri idi. O, təlimata uyğun olaraq Fərdanın psixoloji hazırlığına başladı. Ona o qədər təsir göstərdi ki, artıq Fərdada azərbaycanlılara qarşı nifrət hissi yaranmışdı. Camaatdan uzaq dolanmaqa başladı. Bunu hiss edən kənd adamları Fərdanın bu davranışına təəccüb edirdi.

Yaxınlarının sözlərinə görə, Fərda nədənsə və ya kimdənsə incik görünürmüş. Amma bunun səbəbini bilmirdilər. Qohumları Fərdagilə gəlir, bir bəhanə ilə evə girərərk onunla danışmaq  istəyirdilər, amma Fərda onları evə buraxmırdı. Gizli danışıqlarından qonşular duyuq düşməsin deyə, maqnitofona səs verirdi ki, guya musiqi dinləyir. Və beləcə, Sergey Yeqoroviçlə danışır, tapşırıq alırdı. Söhbətləri adətən silah-sursat, terror vasitələri və s. haqda olurdu.

Nəhayət birlikdə gedib 500 lariyə “Makarov” tapançası, 200 lariyə patron aldılar.

Sergey ona tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası hazirlatdı. Təşkilatın gostərişi belə idi ki, hec bir iz buraxılmasın. O, Fərda Qədirovun adina alınan silahın sənədlərini  Daştəpə kəndində yaşadığı evdə saxladı ki, terror əməli bas tutarsa, Fərdanın yaşadığı evdə axtarış aparıla bilər. Amma ağlına gəlmədi ki silah dükanındakı şahidlər onların tapançanı birlikdə aldıqlarını təsdiqləyə bilərlər. İkinci bir tərəfdən, axı Sergeyin adı Fərdanın telefonunda qeyd olunmuşdu. 

Nəhayət, bütün hazırlıqlardan sonra Fərdanı Dikranla görüşdürdülər. Dikran ona son tapşırıqlarını verdi.

Fərda Gürcüstana qayıdandan 5 ay sonra, yəni 13 mart 2009-cu il tarixində Azərbaycana göndərildi. O, əvvəlcə müvəqqəti yaşamaq üçün özünə bir yer axtardı. Nəhayət ona paytaxt Bakıda qalmaq üçün kirayə evi öz həmyerlisi, Marneuli-Bakı sərnişin avtobusu sürücüsünün köməkçisi Ariz Qabulov tapdı. Ünvan Nizami rayonu Çobanzadə küçəsi 65, mənzil 35 idi. Həmin vaxt qeydiyyatla bağlı sənədləri qaydasına salmaq üçün elə Ariz özü koməklik göstərirdi. Fərda Qədirov qaldığı evdəki həmyerlilərinə 5 min ABŞ dolları məbləğində pul verdi.
Fərda tapançanı və patronları Marneuli-Bakı marşrutu üzrə işləyən "Mercedes" markalı avtobusun qeyri-rəsmi sürücü köməkçisi Qabulov Ariz Zahid oğlu ilə razılığa gələrək, avtobusun yük yığılan hissəsində Azərbaycana keçirməyə və birbaşa Bakıya gətirməyə nail olmuşdu.    

Beləliklə, Fərda planlaşdırılan terror hadisəsini həyata keçirmək məqsədilə 30 aprel 2009-cu il tarixində səhər saat 9.00 radələrində işə başladı. Obyekt isə Azərbaycan Neft Akademiyası seçilmişdi. Əvvəlcədən hazırlandığı kimi, "Makarov" tipli tapancasını hazır vəziyyətə gətirərək, Neft Akademiyasına daxıl oldu və qarşısına çıxanı atəşə tutdu. Nəticədə Fərda  Qədirov 12 nəfərin ölümü, 13 nəfərin isə yaralanması ilə nəticələn dəhşətli terror hadisəsini törətməyə nail oldu.
Sonda ələ keçməmək üçün ASALA-nın təlimatına uyğun olaraq özünü də güllələdi...

Son

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI