Modern.az

Jurnalist Eldəniz Elgün kitabına imza günü keçirdi - FOTOLAR

Jurnalist Eldəniz Elgün kitabına imza günü keçirdi - FOTOLAR

23 May 2015, 22:27

Mayın 23-də “Kitabevim.az” kitab mağazasında araşdırmaçı-jurnalist Eldəniz Elgünün “Erməni psixologiyası” kitabının imza günü keçirilib.

Modern.az saytı xəbər verir ki, kitab aktual problemin kölgədə qalan vacib tərəfini işıqlandırır. Belə ki, nəşrdə mübarizə apardığımız düşmənin indiyə kimi öyrənilməmiş psixologiyası araşdırılır. Məhz bu psixoloji yanaşma tərzi sərgiləyən düşməni dərindən tanımaq və mübarizə metodlarını sadələşdirmək üçün “Erməni psixologiyası” kitabı oxuculara önəmli mesajlar verə bilər.

“Erməni psixologiyası” kitabının rəyçisi və ön sözünün müəllifi millət vəkili, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayevadır.

İmza günündə ədəbiyyat adamları və KİV nümayəndələri iştirak edib.






Elmin NURİ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI