Modern.az

Leyla Əliyeva - Ürəyim

Leyla Əliyeva - Ürəyim

1 İyul 2015, 22:24

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Ürəyim” adlı şeiri oxucuların ixtiyarına veririk.

Ürəyim, ay ürəyim,
axı sənlə neyləyim?
Dəsmalmı verim sənə –
göz yaşımı siləsən?
Ürəyim, bil ki, səni
bütün ruhum, qəlbimlə,
anlamaq istəyirəm.
Nə vaxtdır bir yerdəyik
bir can-qəlbik əzəldən;
Mənsə hələ də səni
Tanımıram... bilmirəm...

Təkcə sənə çatmaqçun
səni əldə etməkçün,
insanlar yalın əllə
köksümü parça-parça
dağıdıb uçurarlar...
Sən onlardan incimə. –
Bu qəmdən, qüssədəndir
ürəklərin səninlə
böləndə, bölüşəndə
qəm də xoşbəxt görünür...

Uşaqlıqdan bilirəm,
sən başqa bir aləmsən.
Buz kimi gecələrdə
yuxuya həsrətlisən.
Nahaq unuduram ki,
bu böyük planetdə
diləklər qanad çalır...
Arzulu yaşamağın
Dərin mənası varmı? –
dallam düşüncələrə...

Ürəyim, söylə mənə,
səni necə anlayım?
İzah et, – lap xırdaca
işarən də bəs eylər...
Açmasan əgər ki, sən
Tanrının bəxş etdiyi
sirrləri, gizlinləri,
gərək bir ömür boyu
gözləyim... ümidsizcə...

Ürəyim, yalvarıram
nə ağla, nə sızılda..!
Göz yaşların sinəmi
ilim-ilim dağlayır.
Acığım tutsa belə,
yenə səni sevirəm.
bəlkə də, gün gələcək
sənlə dostlaşacağam...

Sən ey, əziz ürəyim,
düşmən deyiləm sənə;
səni bütün ruhumla
anlamaq istəyirəm...
Yalan xoşbəxtçiliyi
heç cür qəbul etmirəm
Amma sən bil, həmişə
mən səninlə olacam.

Gecdir, yatmaq vaxtıdır,
gecən xeyirə qalsın!
Mən səni səhərəcən
tərk edirəm... bağışla...
Yox, gəl məni aldatma.
İftiraya, yalana
dözmür dan şəfəqləri...
Bil, dünya dağılsa da
səni heç kimə verməm,
atmaram, itirmərəm...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI