Modern.az

Məmməd İsmayıl Məmməd Aslanla 1993-cü ildən bəri küsülüymüş...

Məmməd İsmayıl Məmməd Aslanla 1993-cü ildən bəri küsülüymüş...

26 Sentyabr 2015, 14:43

“Ölənə rəhmət deyərlər. Amma sənin suallarını cavabsız buraxıram.Qısacası belə lazımdır, niyəsini soruşma. Çünki niyəsini söyləsəm də, bu gün üçün gərəksiz olar.

Bizim rəhmətliklə 1993-cü ildən bu yana heç bir əlaqəmiz olmadı. Ondan o tərəfə isə...”.

Bu sözləri hazırda Türkiyədə yaşayan şair Məmməd İsmayıl bir zamanlar yaxın dost olduğu və bir neçə gün əvvəl dünyasını dəyişən həmkarı Məmməd Aslan haqqında Modern.az saytının suallarını cavablarkən deyib.

Qeyd edək ki, çağdaş Azərbaycan poeziyasının “Üç Məmməd”indən ikisi (digəri mərhum Məmməd Araz) bir zamanlar yaxın dost olublar. “Gənclik” jurnalında və ədəbi dənəklərdə bir çox gənc yazara ikisi birlikdə ilkin məsləhətçi olublar.


Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu