Modern.az

Jurnalist Ramilə Qurbanlının “dram”ı

Jurnalist Ramilə Qurbanlının  “dram”ı

Ədəbiyyat

4 Noyabr 2015, 12:32

Modern.az saytı xəbər verir ki, jurnalist-publisist Ramilə Qurbanlının “33 pərdəli dram” adlı kitabı çıxıb.

Kitabda yazarın zaman-zaman mətbuatda  çap olunan portretlər silsiləsi yer alıb.

Səyavuş Aslan, Telman Adıgözəlov, Yaşar Nuri, Kamal Xudaverdiyev, Həsənağa Turabov kimi dünyasını dəyişmiş teatr və kino sənətkarların portretləri həm bu sahənin adamları, həm də kütlənın maraq dairəsi üçün nəzərdə tutulub.
Müəllifin portretlər silsiləsindən bu gün sıralarımızda olan, yaşayıb-yaradan Rasim Balayev, Fuad Poladov, Mehriban Zəki, Ramiz Novruz, Nurəddin Mehdixanlı  haqqında olan sanballı  materialları da kitabda yer alıb. Adı çəkilən və çəkilməyən sənətkarların həm yaradıcılığı, həm də şəxsi həyatları barədə kitabda dolğun məlumatlar var, bir sözlə, oxuduqca onların  tam portretlərini göz önündə canlandırmaq mümkündür. 

Ramilə Qurbanlının Modern.az-a dediyinə görə, kitabın adı  içindəki  sənətkarların həyatı və səhnə taleyi ilə həmahəngdir. 

“33 pərdəli” dram kitabına mədəniyyət aləminin tanınmış imzaları Azər Paşa Nemət və İlham Rəhimli ön söz yazıblar.   

R.Qurbanlının dediyinə görə,  kitab iki hissəlidir və hələlik birinci hissə çıxıb. İkinci hissədə Üzeyir bəy Hacıbəyli,  Sabir Əhmədli, Tahir Salahov, Əzizə Cəfərzadə, Elza İbrahimova kimi mədəniyyətin və ədəbiyyatın müxtəlif janrlarından olan böyük şəxsiyyətlər haqqında portret yazılar toplanıb.

Müəllif kitabın ərsəyə gəlməsində köməyinə görə  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna, Yaradıcılıq Fonduna  təşəkkürünü bildirir.

“33 pərdəli dram” yaxın günlərdə oxuculara təqdim olunacaq.



A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu