Modern.az

Qabil və Bəxtiyar - İki şeirin tarixçəsi

Qabil və Bəxtiyar - İki şeirin tarixçəsi

Ədəbiyyat

13 Fevral 2016, 09:16

Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin xatirə günüdür. Böyük şairimizin vəfatından 7 il ötür. Şairin qələm yoldaşı, bir gündə ədəbiyyata qədəm qoyduğu Xalq şairi Qabilin oğlu Mahir Qabiloğlu Modern.az-ın redaksiyasıma nadir arxiv sənədləri təqdim edib. Mahirin bildirdiyinə görə, “bu şeirlər 1944-cü ilin sentyabrında yazılıb.  Bu şeirlər iki gənc şairin biri-birinə ithafıdır. Birinci ithafı 20 sentyabrda 18 yaşlı Qabil yazıb. 22 sentyabrda isə 19 yaşlı Bəxtiyar ithaf  şeirini qələmə alıb.  Üstündən 50 il keçəndən sonra əlyazmalar Nizami adına Ədəbiyyat muzeyinin arxivində üzə çıxıb. Və foto-kopiyası çıxarılaraq, artıq görkəmli, Xalq şairləri Bəxtiyar Vahabzadəylə Qabilə təqdim olunub. Sənəddə yaşıl mürəkkəblə edilən redaktə və əlavələr Qabilə məxsusdur və orijinala dəxli yoxdur”.






Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu