Modern.az

Gedək Xocalını xilas eyləyək!

Gedək Xocalını xilas eyləyək!

28 Fevral 2016, 11:09

2014-cü ildə Azərbaycanda yenidən müharibənin başlanması təhlükəsi yarananda, Qazaxıstan elindəki dostum-qardaşım Daniyar Kasımov Astanada Azərbaycan səfirliyinə gedib, Qarabağda vuruşmaq istədiyini bildirmişdi. Onda Daniyar Kasımov məndən Xocalı şeiri istəmişdi, mən də yazdım.

Ay oğuz elləri, qıpçaq elləri,
Ay türk qardaşlarım, türk bacılarım.
Ehtiram göstərib, hörmət etdiyim,
Əlini öpdüyüm pir qocalarım.

Sizə bir dərdimi əyan eyləyim,
Sizə bir ağrımı bəyan eyləyim.
Gecə yuxularım qarışıq düşür,
Gündüzlər Xocalı dilimdən düşmür:

Soyuq qış axşamı Xocalı yandı,
Tanrı bacarmadı, Göylər utandı.
Erməni körpəni, qocanı qırdı,
Bu necə məhkəmə, necə divandı?!

Yüksəldi göylərə ah-nalə səsi,
Süd verən ananın yandı sinəsi,
Qırıldı nəsilin son nişanəsi,
Dağlara üz tutdu kənd adamları,
Dağlar da onlara arxa durmadı.
Xocalı odlara yandı, nə yandı...

O gündən mənimçün zaman dayanıb,
Düz 23 sənə, 23 ildir,
Dilimdən “Xocalı harayı” düşmür.
Elə hayqırıram, haray salıram,
BMT eşitmir, ATƏT eşitmir.

Mən qazax yurdunun bir mərd oğluyam,
Qəlbimdə Xocalı yarası təzə.
Hər zaman savaşa hazır durmuşam,
Təki Azərbaycan məni səsləsə.
Desə ki, Daniyar döyüş başlayır,
Gəl oğul, Daniyar döyüş vaxtıdır.

Gecənin bağrını dəlib gələrəm,
Geyərəm libasın Qızıl Ordanın,
Minərəm atını Abıl Məmbətin,
Göylərdən yel qanad alıb gələrəm.

Kömək gətirərəm, Uali xandan,
Bolat, Cangir xan, qoşun göndərər.
Cahangir xan qalxar Dəşti Kipçaqdan,
Erməninin günün qara döndərər.

Səsimə səs verin ay türk elləri,
Gedək Xocalını xilas eyləyək!
Sinəsi yaralı Azərbaycanı,
Düşmən pəncəsindən xilas eyləyək!

Bakı-Sumqayıt, 01 iyun 2015, saat 21:06.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu