Mətbuat Şurası Milli Mətbuat Günü ilə bağlı Ali Media Mükafatını alacaq jurnalistlərin siyahısını hazırlayacaq. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az-a bildirib. Onun sözlərinə görə, siyahı hələ hazır deyil: “Hələki mükafatın kimlərə veriləcəyi məlum deyil. Qarşıda 1 ay var, bu müddət ərzində qaliblər məlum olacaq”-deyə o, qeyd edib.
Bundan əlavə Milli Mətbuatın 136 illiyi ilə bağlı Bakıda və bölgələrdə tədbirlər keçiriləcək.
Əflatun Amaşovun sözlərinə görə, tədbirlərin hansı rayonlarda keçiriləcəyi ilə bağlı siyahı hazırdır. “Siyahı var. Tədbirlər Bakıda, Bərdədə və digər rayonlarda təşkil olunacaq”.
İyulun 22 Azərbaycanda Milli Mətbuat Günüdür. 136 il əvvəl Həsən bəy Zərdabinin baş redaktorluğu ilə ilk qəzet olan “Əkinçi” qəzeti işıq üzü görüb.
Sədaqət Süleymanova