Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev keçmiş deputat Gülər Əhmədova ilə aralarındakı söhbətin tam videosunu "Azadlıq"a təqdim edib.
Bu videogörüntülərin bir hissəsini Elşad Abdullayev keçən ilin sentyabr-oktyabr aylarında hissə-hissə yaymışdı. Məhz həmin görüntülərdən sonra Gülər Əhmədova deputat mandatından imtina etmiş, barəsində cinayət işi başlanmış və bu ilin fevralında həbs olunmuşdu.
Keçmiş rektorun indi göndərdiyi tam videoda elə söhbətlər var ki, onlar yayılmayıb.
Qeyd edək ki, Gülər Əhmədovanın vəkilləri istintaqın əlindəki sübutların yalnız montaj olunmuş kadrdan ibarət olduğunu bildirir və bu cür dəlillərlə şəxsin həbsinin yolverilməzliyini vurğulayırdılar. Ona görə də Elşad Abdullayev söhbəti montaj olunmamış variantda yaymaq qərarına gəlib.