Modern.az

Əməkdar jurnalist Xalid Niyazov alimlik dərəcəsi aldı

Əməkdar jurnalist Xalid Niyazov alimlik dərəcəsi aldı

30 Sentyabr 2014, 15:25

Modern.az xəbər  verir ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi -Tədqiqat İnstitutu Müvəqqəti Dissertasiya Şurasının iclasında Əməkdar jurnalist Xalid Niyazov “Azərbaycanda siyasi sistemin modernləşməsi şəraitində dövlət informasiya siyasəti” (KİV timsalında) mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Elmi Şura üzvlərinin, habelə Siyasi elmlər doktoru Hikmət Babaoğlunun, Filologiya elmləri doktoru Ramiz Əskərin, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosioloji Araşdırmalar Vəqfi İcraiyyə Şurasının üzvü Şamil Aydının çıxışlarında elmi işinin aktuallığı, tədqiqatçının hakimiyyət, cəmiyyət və KİV arasındakı qarşılıqlı münasibətləri dərindən araşdırması və düzgün nəticələrə gəlməsi konkret faktlarla əsaslandırılıb.

İTV rəhbərliyi, "Media və Zaman ” televiziya proqramının yaradıcı qrupu, habelə qələm dostları Flora Xəlilzadə, Xatirə Qasım , Akif Cabbarlı və Modern.az saytı jurnalisti təbrik edir və elmi yaradıcılığında uğurlar arzulayır. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok