Modern.az

Növbəti dərs ilinin tətil günləri açıqlandı

Növbəti dərs ilinin tətil günləri açıqlandı

Aktual

23 İyun 2016, 20:35

Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 2016-2017-ci dərs ili ərzində tətil günləri müəyyən edilib. Modern.az saytının məlumatına görə, növbəti dərs ilində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) olacaq.

İbtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) veriləcək.

Bundan başqa, növbəti dərs ilində də ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr-26 yanvar, ikinci yarımil isə 1 fevral-14 iyun tarixlərini əhatə edəcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı