Fransada baş verən ağır nəqliyyat qəzası onlarla adamın xəsarət alması ilə nəticələnib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Nim-Monpelye marşrutu üzrə hərəkət edən qatarı qəzaya uğrayıb.
Hadisəyə səbəb fırtına nəticəsində zədələnən ağacın dəmiryolu üzərinə aşması olub. Qatar yoldakı maneəyə baxmayaraq dayanmayıb və qəza baş verib. Hadisə zamanı 50-dən çox adamın müxtəlif dərəcədə xəsarət aldığı bildirilir.