Modern.az

İki təyyarə toqquşdu – pilot öldü

İki təyyarə toqquşdu – pilot öldü

Aktual

4 Avqust 2018, 16:03

Rumıniyanın Suçava rayonunda iki yüngül mühərrikli təyyarə havada toqquşub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində pilotlardan biri həyatını itirib.

Hadisə pilotların aviaşoudan öncə məşqlər zamanı baş verib.

Toqquşmadan sonra təyyarələrin ikisi də uçuş zolağının yanında yerə çırpılıb.

İkinci pilot isə ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı