Modern.az

Mingəçevirə istirahətə gələn polis boğularaq öldü

Mingəçevirə istirahətə gələn polis boğularaq öldü

Aktual

4 Avqust 2018, 20:00

Mingəçevirdə yerləşən su anbarında boğulma hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, 1986-cı il təvəllüdlü Samux rayon Qaradağlı kənd sakini Nəsibov Elmar İldırım oğlu çimərlikdə çimərkən boğulub.

 

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları batan şəxsin meyitini sahilə çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.

 

Elmar Nəsibov Samux rayon Polis şöbəsinin əməkdaşıdır. O, Mingəçevirə ailəsi ilə birgə istirahət etmək məqsədilə gəlibmiş.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı