Dövlət Yol Polisi sistemində rəhbər vəzifəyə yeni təyinat olub.
Modern.az avtosfer.az-a istinadən xəbər verir ki, Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə polis-kapitanı Əsədov Fizuli Paşa oğlu təyin olunub. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.