Azərbaycan tankçıları “Tank biatlonu-2018” müsabiqəsində yarımfinala çıxıblar.
Bu haqda Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində keçirilən “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatması keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan tankçıları yarımfinalda Çin, İran və Qırğızıstan tankçıları ilə yarışacaqlar.