2018-ci ilin yanvar-may aylarında Bakıda əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 2,1 faiz artaraq 790,6 manat olub.
Bu barədə Modern.az-a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
Ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.