Modern.az

6 yaşlı Şəmsin köməyə ehtiyacı var - Bu yardıma siz də qoşulun -FOTOLAR

6 yaşlı Şəmsin köməyə ehtiyacı var - Bu yardıma siz də qoşulun -FOTOLAR

Aktual

6 Avqust 2018, 17:45

Bakıda ISR Plazda 6 yaşlı Şəmsin müalicəsinə yardim məqsədi ilə xeyriyyə tədbiri keçirilib.

Modern.az xəbər verir ki, bu aksiyada Şəmsin müalicəsi üçün 21950 manat və 150 dollar həcmində vəsait toplanıb.

Qeyd edək ki, 6 yaşlı Şəms neyroblastoma xəstəliyindən əziyyət çəkir və bu xəstəlik artıq xərçəngin 4-cü pilləsinə qədər inkişaf edib.

ISR Plazdakı tədbirdən əlavə, Şəmsin müalicəsinə yardım etmək üçün avqustun 5-də velomarafon da keçirilib. Bu marafon “Port Baku Towers”dan başlayıb, “Boulevard Hotel Baku”da bitib. Həmin tədbirdə isə 825 manat vəsait toplanıb.

Şəmsin müalicəsi yalnız ABŞ-da mümkündür. Yığılan vəsait yetərli olmadığı üçün avqustun 7-də xeyriyyə tədbiri Rusiyada davam etdiriləcək. Sabah Moskvadakı “Mecta” restoranında “Karaoke Party” keçiriləcək.

Bundan əlavə, avqustun 9-da Bakida “Qubernator” restoranında xeyriyyə marafonu keciriləcək.

Bu aksiyalara qoşulmaqla 6 yaşlı Şəmsin müalicəsinə yardım etmiş olarsınız. Oxucuları bu aksiyalarda fəal iştirak etməyə dəvət edirik.

Qeyd edək ki, Facebook-da Şəmsin müalicəsinə yardım məqsədi ilə ivent yaradılıb, bu, “Как спасти солнце” adlanır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı