Modern.az

Təkzib  

Təkzib   

Current

6 Avqust 2018, 11:00

20 fevral 2018-ci il tarixdə Modern.az saytında “Elkaponi, Rəsul Quliyev və HüseynAbdullayevlə nəyi müzakirə edib?” başlığı altında dərc olunmuş məqalədə Elkaponi Frenk Naxiçevanskinin adı (Fizuli Məmmədov) qarşıdan gələn seçkilərlə bağlı Almaniyada yaşayan sabiq deputat, siyasətə qoşulmuş bəstəkar Hüseyn Abdullayev və Amerikada yaşayan eks-spiker Rəsul Quliyevlə əlaqələrdə və onlarla birlikdə Prezident seçkiləri barədə hesablaşmalar aparmaqda hallandırılıb. Məqalədə həmçinin əsassız olaraq, “sən demə üçlük Prezident seçkilərinin aprel ayında keçiriləcəyini ağıllarına belə gətirməyib. Ona görə də bütün əlaqələr, hesablaşmalar payıza ölçülübmüş. Növbədənkənar seçkilərin elan edilməsi Elkaponinin bütün planlarını alt-üst edib. Ona görə də o, tələm-tələsik HüseynAbdullayev və Rəsul Quliyevlə olan əlaqələrinini ört-basdır etmək üçün ciddi fəaliyyətə keçib. Fizuli Məmmədovun bu cür addımları Azərbaycan hakimiyyətinin yuxarı dairələrində ciddi şəkildə müzakirə olunub. O, yenidən “arzuolunmaz adam” statusu alıb. Hakimiyyət nümayəndələrinə isə tezliklə onunla bütün əlaqələri kəsmək göstərişi verilib” kimi Elkaponi Frenk Naxiçevanskinin (Fizuli Məmmədov) şərəf və ləyaqətini ləkələyən, eyni zamanda işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli məlumatlar dərc edilib.

Yazının sonunda qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu göstərmişik.

Elkaponi Frenk Naxiçevanskinin (Fizuli Məmmədovun) vəkili Abbas Kərimbəyli tərəfindən məhkəməyə müraciət olunaraq, 20 fevral 2018-ci il tarixində “Modern.az”ın əsas səhifəsində və bir neçə digər saytlarda “Elkaponi, Rəsul Quliyev və Hüseyn Abdullayevlə nəyi müzakirə edib?” başlığı altında dərc olunmuş məqalənin təkzib edilməsi və bununla əlaqədar kütləvi informasiya vasitəsi ilə yayımlanması barədə iddiaçıya yazılı məlumat verilməsini tələb edərək, bu barədə Qətnamə qəbul olunmasını xahiş edib. Nizami Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli Qətnaməsi ilə iddia tələbi təmin edilib, 20 fevral 2018-ci il tarixdə “Modern.az” saytının əsas səhifəsində “Elkaponi, Rəsul Quliyev və Hüseyn Abdullayevlə nəyi müzakirə edib?” başlığı altında dərc olunmuş məqalədə iddiaçının barəsində yayılmış həqiqətə uyğun olmayan məlumatlarla əlaqədar təkzib verilməsi qət edilib.

Elkaponi Frenk Naxiçevanskinin (Fizuli Məmmədov) vəkili Abbas Kərimbəyli tərəfindən faktlara əsasən məqalədə göstərilənlərin həqiqətə uyğun olmadığı və Nizami Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli Qətnaməsi ilə 20 fevral 2018-ci il tarixdə “Modern.az” saytının əsas səhifəsində “Elkaponi, Rəsul Quliyev və Hüseyn Abdullayevlə nəyi müzakirə edib?” başlığı altında dərc olunmuş məqalədə iddiaçının haqqında yayılmış həqiqətə uyğun olmayan məlumatların təkzib verilməsinin qət edilməsini nəzərə alaraq Modern.az internet saytının əsas səhifəsində “Elkaponi, Rəsul Quliyev və Hüseyn Abdullayevlə nəyimüzakirə edib?” başlığı altında dərc etdiyimiz məqaləyə təkzib veririk.
Sözügedən yazıda verilmiş qeyri-dəqiq məlumatlara görə Frenk Elkaponinin işgüzar nüfuzuna dəyən mənəvi ziyana görə üzr istəyirik.
“Elkaponi, Rəsul Quliyev və Hüseyn Abdullayevlə nəyi müzakirə edib?” başlığı altında dərc edilmiş məqalə yalandır, əsassızdır, böhtandır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı