Modern.az

Polis bir gündə 60 nəfəri TUTDU

Polis bir gündə 60 nəfəri TUTDU

Aktual

8 Avqust 2018, 08:33

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 115 cinayət faktı qeydə alınıb onların da 25-i “isti izlər”lə açılıb.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.  

 

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb. 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı