Modern.az

Əlillik dərəcəsini itirən və yenidən almaq istəyənlərə xəbər var

Əlillik dərəcəsini itirən və yenidən almaq istəyənlərə xəbər var

Aktual

1 İyun 2021, 14:52

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun təminatı məqsədilə  “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsi hazırlayıb. Layihə artıq Milli Məclisə təqdim edilib.


Modern.az xəbər verir ki, layihədə əlillik müddəti bitdikdən sonra 6  ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş  müddətin nəzərə alınması təklifi yer alıb.


Bu o deməkdir ki, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Həmin müddət üçün də vətəndaşın sosial ödənişləri aparılacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı